Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:47

Frankfurt Kitab Sərgisi İranın boykotuna cavab verdi


Juergen Boos
Juergen Boos

- “Söz azadlığı qeyri-müzakirə mövzusudur” – bu gün Frankfurt Beynəlxalq Kitab Sərgisi İranın boykot qərarına rəsmi cavab verib.

Bir neçə gün bundan əvvəl İran Mədəniyyət Nazirliyi yazıçı Salman Rüşdinin 67-ci Frankfurt Beynəlxalq Kitab sərgisinin açılış mərasiminin spikeri olmasına etiraz etmiş, daha sonra sərgini boykot etmişdi.

Mədəniyyət Nazirliyinin ardınca İran Kitabçılar və Naşirlər Birliyi də boykota qoşulmuşdu.

Boykotdan əvvəl İran rəsmisi Seyed Abbas Salehi sözügedən beynəlxalq kitab sərgisindən Salman Rüşdinin çıxışını ləğv etmələrini istəmişdi, bu çıxışın proqrama daxil edilməsini Frankfurt Beynəlxalq Kitab Sərgisi tərəfindən “anti-mədəni hərəkət” adlandırmışdı.

Salehi İranın dövlət televiziyası ilə yayımlanan mətbuat konfransında arqument kimi Xomeyninin fitvasını xatırlatmışdı.

Frankfurt Beynəlxalq Kitab Sərgisinin direktoru Juergen Boos isə deyib:

“Biz İran Mədəniyyət Nazirliyinin iştirak etməmək haqda qərarına görə təəssüf edirik. Frankfurt Kitab Sərgisi dialoq yeridir.

Salman Rushdie, 2015
Salman Rushdie, 2015

Eyni zamanda ümid edirik ki, İranın builki sərgidə öz iştirakını ləğv etməsi mövcud kitab müzakirələrində yalnız qısa fasilədir və biz əlaqələrimizi genişlətməyə davam edəcəyik.

Bizim üçün söz azadlığı qeyri-müzakirə mövzusudur. Biz unutmamalıyıq ki, Rüşdi hələ də öz işinə görə ölüm təhdidləri alır.”

Boykota baxmayaraq, bir neçə müstəqil İran naşiri sərgidə təmsil olunmaqdadır. Bunlar uşaq ədəbiyyatı nəşr edən naşirlərdir.

Oxu Zalı

XS
SM
MD
LG