Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:19

MTN-in 7 vəzifəlisi həbsdə - Rəsmi


MTN
MTN

►Nazirliyin 7 əməkdaşı həbs olunub, amma adlar çəkilmir.

Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin vəzifəli şəxslərinə qarşı səlahiyyətlərindən sui-istifadə və digər qanun pozuntuları ilə bağlı cinayət işi açıb, istintaq-əməliyyat qrupu yaradılıb.

Baş Prokurorluğun məlumatına görə, keçirilən istintaq-əməliyyat tədbirləri zamanı nazirliyin bir qrup əməkdaşının vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyin tələblərini pozmaqla sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələr edilməsi, ayrı-ayrı şəxslərin hüquq və mənafelərinin pozulmasına əsaslı şübhələr aşkar edilib.

Eldar Mahmudov işdən niyə çıxarıldı? - #Versiya1

Eldar Mahmudov işdən niyə çıxarıldı? - #Versiya1

Milli Təhlükəsizlik Nazirliyinin 7 vəzifəli şəxsi Cinayət Məcəlləsinin 308.2, 309.1 və 302.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin maddələrdə nəzərdə tutulan ittihamla barələrində həbs-qətimkan tədbiri seçilib.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bir neçə gün əvvəl prezident İlham Əliyev Milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad edib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov AzadlıqRadiosuna deyib ki, hələlik bu məlumatlarla kifayətlənmək gərəkdir:

“Sonradan əlavə məlumatlar da yayılacaq. Həbs olunan 7 nəfər MTN-nin vəzifəli şəxsləridir”.

Yerli media həbs olunanlar arasında MTN-nin yüksək vəzifəli şəxslərinin olduğunu yazır. Hətta Eldar Mahmudovun ev dustaqlığında olduğunu yazanlar da var. Eldar Sultanov bu məlumatları nə təkzib, nə də təsdiq edir:

“Bu haqda əlavə informasiya verə bilmərik, araşdırmalar davam edir”.

Eldar Sultanov deyir ki, MTN əməkdaşlarına qarşı cinayəti işi iki gün öncə - oktyabrın 18-də başlanıb. O, araşdırmaların gedişində yeni şəxslərin istintaqa cəlbi və ya həbsini də istisna etmir.

Buna da bax: Bu sözlərin mənasını bilirsən?- [3-cü viktorina]

XS
SM
MD
LG