Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:00

Rus telekanalı Ukrayna siyasətçiləri barədə saxta məlumat yayıb


Yulia Tymoshenko və Arseniy Yatsenyuk - 2007
Yulia Tymoshenko və Arseniy Yatsenyuk - 2007

-

Rusiyanın «Zvezda» telekanalının saytı Ukrayna siyasətçiləri barədə bir məlumat yayıb. Guya baş nazir Arseniy Yatsenyuk Fransanın RFI (Radio France International) radiosuna müsahibəsində Yulia Tymoshenko-nu ona qarşı cinsi təcavüz etməkdə günahlandırıb.

ƏHVALAT QALMAQALA ÇEVRİLİB VƏ...

Məlumatda bildirilir ki, Yatsenyuk RFI-nin müxbiri Elena Servettaz-la söhbətində guya belə deyib:

«2014-cü ilin fevralından başlayaraq Yulia Volodymyrivna dəfələrlə mənə onunla intim münasibətlərə girməyi təklif edib. Amma mən evli adamam və belə bir şeyi heç vaxt edə bilmərəm».

Bu məlumatda RFI-nin saytına hər hansı bir keçid qoyulmayıb.

Bir neçə saatdan sonra, əhvalat qalmaqala çevrilməyə başlayanda, «Zvezda» telekanalı ilkin məlumatın mətnini dəyişdirərək mənbəyə – heç kimə məlum olmayan «Живая Кубань» internet portalına keçid yerləşdirib.

«HEÇ KİMƏ SEKS BARƏDƏ SUAL VERMƏMİŞƏM»

Elena Servettaz-ın özü isə dərhal «Facebook»da bəyanat paylaşaraq bildirib ki, Ukraynanın baş naziri onunla seksdən danışmayıb. Bəyanatda deyilir:

«Jurnalistikada olduğum 14 il ərzində, ümumiyyətlə, heç kimə seks barədə sual verməmişəm. Yatsenyuk mənə Tymoshenko haqqında heç nə danışmayıb. «Zvezda» telekanalı ilə bağlı məsələni isə bilmirəm. ...Yazıq adamlar. Hər ehtimala qarşı deyim ki, Assad-a qarşı mötədil müxalifət də mənə seks haqqında heç nə deməyib».

Elena Servettaz RFI-dən savayı Rusiya və Fransanın bir neçə nəşri ilə də əməkdaşlıq edir. O, «Avropaya Magnitsky qanunu niyə lazımdır» kitabının həmmüəllifi və redaktorudur. Bu yaxınlarda böyük maraq doğurmuş bir məqalə dərc edib: «Qərb jurnalistlərinin Putin-lə müsahibələrdə 6 səhvi».

XS
SM
MD
LG