Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:03

Zərdüşt Əlizadə: «Hökumət başını itirib»


Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

-

Gəncədə şiələrin Aşura günüylə bağlı məsciddən «İmamzadə»yə yürüşünə icazə verilmədi. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı buna haqq qazandırıb: «Ziyarətgaha qədər məsafə böyükdür, haqlı olaraq yürüşə icazə verilməyib».

Politoloq Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna bunun səbəbini belə izah edib: «Hökumət başını itirib. Qorxurlar. Arqumentləri o qədər əsassızdır ki… Çəkinirlər, heç kimlə mükaliməyə girmək istəmirlər. Qorxurlar ki, kimsə orda hökumət əleyhinə bir şüar səsləndirsin. Verəcəkləri cavabları yoxdur. Hakimiyyət insanların dini təəssüb əsasında ayağa qalxmasından narahatdır».

Elnur Astanbəyli.
Elnur Astanbəyli.

«BU CÜR AKSİYALARA İCAZƏ VERİLMƏMƏSİ DAHA DOĞRUDUR»

Köşə yazarı Elnur Astanbəyli də baş verənləri hökumətin kütləvi aksiyaların əleyhinə olması ilə bağlayır: «Açığı, Azərbaycanda sərbəst toplaşmaq azadlığı çoxdan ləğv edilib. Qanunda heç bir əsaslandırması olmayan «icazəli aksiyalar»a razılıq verilir».

Bu məsələnin bir tərəfi. Ancaq Elnur Astanbəyli məsələnin başqa tərəfinə də diqqət çəkir: o özünün də dini yürüşlərin əleyhinə olduğunu söyləyir. «Mən bir neçə rayonda dini yürüşlərin şahidi olmuşam. Düzü, bu cür aksiyalara icazə verilməməsi daha doğrudur. Tədbirin küçələrə daşınması düz deyil. Lənkəranda mən yürüşə baxanda başa düşmədim ki, biz islam respublikasında yaşayırıq ya dünyəvi dövlətdə?».

Amma yazar onu da vurğulayır ki, hökumət dini cəhalətə görə bu cür yürüşləri qadağan etmir, o sadəcə, hər cür kütləvi aksiyanın əleyhinədir.

Həmçinin baxın - Azadlıq A-Live programı

XS
SM
MD
LG