Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 09:54

Üç maraqlı elmi-kütləvi kitab oxumaq istəsəniz


Yalçın İslamzadə
Yalçın İslamzadə

- Elmi-kütləvi kitabların tanıtımı

Yalçın İslamzadənin Kitab köşəsi

  1. “Kiçik insanlardan böyük suallar, xeyli mühüm insanlardan sadə cavablar”

Uşaqlar, geniş maraq duyğusuna sahib canlılardır, bütün mövzular onlar üçün maraqlıdır və dayanmadan suallar soruşurlar.

Onların öyrənmələrinə məsul böyüklər isə ya tənbəllikdən ya da cavabları bilmədikləri üçün uşaqların suallarından bezirlər və onlara sual verməməyi öyrədirlər.

Daha sonra hazır, klişe, standart cavablar uşaqlara həqiqətlər kimi qəbul etdirilir.

Uşaq beyni ən sürətli inkişafını ilk beş ildə göstərir. Bu dövrdə onlarda elmi açıqlamalara maraq oyatmaq, hər sualın cavabı olduğu qənaətini yaratmaq çox vacibdir.

Uşaqlar anadangəlmə natulalistdirlər və təbii səbəb-nəticə əlaqələrini, rasional izahları böyüklərin zənn etdiklərindən daha rahat başa düşürlər.

Bu kitabda G.E.Harris'in seçdiyi, uşaqlar tərəfindən soruşulmuş suallara filosof Alain de Button, neyropsixoloq David Eagleman, bioloq Richard Dawkins, linqvist Noam Chomsky və başqa tanınmış alimlərin verdikləri sadə izahlar toplanıb.

  1. “Həyat kitabı: Dövrümüzün böyük alimləri ilə müsahibələr”

Bu kitab Nicholas Machintosh, Robert Sapolsky, Jane Goodall, Daniel Gibert, Daniel Dennet, Joseph Ledoux, Steven Strogatz, Lisa Randall kimi tanınmış alimlərlə müsahibələr toplusudur.

Kitabda elmin son məlumatları işığında gözəllik, psixologiya, genetika, şüur, təbii seçmə, zamanda səyahət kimi müxtəlif mövzulara dair modern elmi görüşlər təqdim olunur.

  1. “Dünyanın ən yaxşı 50 ideyası”

Müxtəlif elm adamları və elm yazarlarının köməyilə dünyanın 50 ən yaxşı ideyası müəyyən olunur və 50-dən 1-ə qədər sıra nömrəsi verilmiş ideyalar tarixləri, inkişaf yolları, bugünkü vəziyyətləri və əhəmiyyətləri baxımından izah edilir.

Sıralama müəyyən dərəcədə şərti və subyektivdir, ancaq mətbəədən monoteizmə, təyyarə qanadı profilindən kapitalizmə, kanalizasiya sistemindən odun kəşfinə qədər ən müxtəlif mövzularda zəruri məlumatları ehtiva edir.

Bu 50 ideya bugünkü dünyamızı formalaşdırmasına, həyatımızda oynadığı rola görə seçilir, hər bir insan üçün minimum dünyagörüşə və bilik baqajına sahib olmaq baxımından zəruri bilgilər ehtiva edir.

İstər çörək bişirmə, istər peyvənd mövzusu olsun, tarixi inkişafı və bu günkü rolu sadə və dolğun şəkildə təsvir edilir.

XS
SM
MD
LG