Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:13

Qazaxıstanlı müəllimin Suriya macərası


Marat Maulenov-un evi.
Marat Maulenov-un evi.

-

Kazıqurt kəndində az qala hamı inanır ki, 44 yaşlı məktəb müəllimi Marat Maulenov ailəsini Suriyaya aparıb.

QƏFLƏTƏN YOXA ÇIXIBLAR

Maulenov-un ailəsi bu hərəkət barədə elə düşünəndə dəhşətə gəlir. Kənddə heç kəs bunun səbəbini bilmir. Təhlükəsizlik xidmətləri isə bu barədə hər hansı rəsmi məlumat verməkdən imtina edib.

Maulenov və arvadını Cənubi Qazaxıstan regionunun Kazıqurt kəndində yaxşı tanıyırlar.

Ailə kənddə geniş bir torpaq sahəsində tikilmiş iri evdə yaşayırmış. Onların maşınları da var idi. Maulenov 15 il idi ki, orta məktəbdə rus dili müəllimi işləyirdi. Arvadı Aygul isə evdar qadın idi. O, ailənin altı uşağının qayğısına qalırdı. Onlardan ən böyüyü orta məktəbin axırıncı sinfində oxuyurdu, sonbeşikləri isə hələ uşaq bezindən çıxmamışdı.

Lakin sentyabrın əvvəlində Maulenov-lar qəflətən yoxa çıxdılar. Maulenov, Aygul və altı uşaqları gecə avtobusuna minib Qırğızıstan paytaxtı Bişkek şəhərinə, oradan da Türkiyəyə getdilər. «Zamana» qəzetinin yazdığına görə, onlar Suriya sərhədini keçiblər.

AİLƏYƏ DEYİLİB Kİ...

«Zamana»nın müxbiri Saparayym Kenzhaliyeva AzadlıqRadiosunun qazax xidmətinə deyib ki, qəzet Maulenov-ların Kazıqurtdan Suriyaya getməsi barədə xəbəri Aygul-un bacısından alıb. Ona isə həmin məlumatı Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsində (KNB) işləyən qohumları verib.

Kenzhaliyeva-nın sözlərinə görə, onlar «Zamana»ya danışandan sonra ailəyə deyilib ki, Maulenov-lar barədə məlumat yaymağı dayandırsınlar.

Maulenov-un atası yataq xəstəsidir, anası Anar-Apay isə AzadlıqRadiosuna deyib ki, bu haqda danışmaq istəmir: «Mən xəstəyəm. Xahiş edirəm, gedin. Danışmağa gücüm yoxdur. Bizi atıb getmiş oğul haqqında deyiləcək sözüm yoxdur».

4 AY ƏVVƏL NAMAZA BAŞLAYIB

Adının çəkilməsini istəməyən bir qonşu AzadlıqRadiosuna danışır ki, Anar-Apay oğlunun ailəsinin Suriyaya getdiyini biləndən sonra yasa batıb.

Həmin qonşunun sözlərinə görə, təxminən dörd il əvvəl Maulenov-un dinə daha çox qapanması hiss olunmağa başlayıb. O, gündə beş dəfə namaz qılmağa başlayıb.

Bir il əvvəlsə arvadı Aygul hicab taxmağa başlayıb.

Qonşuların sözlərincə, Maulenov «saqqallı adamlar»ın arasında görünməyə və özünü kəndin həyatından uzaqlaşdırmağa başlayıb.

Marat Maulenov orta məktbdə rus dilini tədris edirdi.
Marat Maulenov orta məktbdə rus dilini tədris edirdi.

Qonşusu Dosbol Bisenov deyir ki, Maulenov son aylar ərzində uşaqlarını da gündəlik namazlarda iştiraka məcbur edirmiş.

AGENTLƏR ONU AXTARIRMIŞ

Bisenov-a inansaq, Maulenov-un yoxa çıxmasından əvvəlki bir neçə gün ərzində KNB əməkdaşları onu axtarmağa gəlirlərmiş. AzadlıqRadiosu KNB-nin yerli bürosuna müraciət etsə də, onlar məsələyə şərh verməkdən imtina ediblər.

Maulenov-un həmkarları onu sabit bir ailədən çıxmış ağıllı, mehriban bir adam kimi təsvir edilər.

Kazıqurt kəndi Maulenov-lar ailəsinin qəfil köçməsi xəbəri ilə barışmağa çalışsa da, həmkarı Madibekov deyir ki, Maulenov-un Suriyaya getdiyi barədə şayiələri qəbul edə bilmir: «O, heç vaxt öz şagirdlərinə din, dini öhdəliklər barədə danışmayıb. Mən heç vaxt ondan pis bir söz eşitməmişəm…».

QAPALI MƏSƏLƏ

Suriya və İraqın «İD» silahlı qruplaşmasının nəzarətində olan ərazilərinə getmiş Qazaxıstan vətəndaşlarının dəqiq sayı bəlli deyil.

Rəqəm həssas məsələdir. İyul ayında Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi AzadlıqRadiosunun Suriya və İraqda «İD» sıralarında ölmüş Qazaxıstan vətəndaşlarının sayı barədə sualını cavablamaqdan imtina edib. Komitədən bildiriblər ki, bu, «qapalı məsələ»dir və yalnız yazılı şəkildə cavablandırıla bilər.

Qazaxıstan həmçinin «İD»nin nəzarətində olan ərazilərdəki vətəndaşlarının sayını bilərəkdən azaldır. O, «İD» sıralarında təqribən 150 şəxsin döyüşdüyünü, 200 qadın və uşaq olduğunu bildirir.

Ancaq elə görünür, bu rəqəm 2013-cü ilin oktyabrında İnternetdə çıxmış bir videodan götürülüb. Bu videoda təxminən 150 qazax silahlısının görüntüsü var idi. Onlar Suriyaya öz ailələri ilə birlikdə getdiklərini deyirdilər.

Bundan başqa, həm sosial media, həm də «İD»in rəsmi təbliğatından götürülmüş məlumatlar sübut edir ki, Suriyada qazax uşaqları var, onlar hərbi və ideoloji təlimə və təlqinə məruz qalmaqdadırlar.

XS
SM
MD
LG