Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:47

Ukrayna kitabxanasının direktorunu həbs etdilər (yenilənib)


- Moskvadakı Ukrayna ədəbiyyatı kitabxanasının direktoru Natalya Şarina haqqında cinayət işi açılıb. Dünən kitabxanada axtarış aparılandan sonra bu gün o, həbs edilib.

2011-2015-ci illərdə kitabxanaya gələn oxucular arasında Dmitri Korçinskinin kitablarını yaymaqda təqsirləndirilir. Məhkəmə adı çəkilən yazıçının kitablarının Rusiyada yayımını və oxunmasını qadağan edib.

Kitabxana direktorunun ittiham edildiyi maddə budur: Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, milli nifrət alovlandırmaq. Onu 5 ilə qədər həbs cəzası gözləyir.

***

28.10.2015

Bu gün Rusiyanın hüquq-mühafizə orqanları Moskvadakı Ukrayna ədəbiyyatı kitabxanasında axtarış aparırlar.

Bu haqda rus mətbuatına Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

“Axtarış Trifonovski adına Ukrayna ədəbiyyatı kitabxanasında aparılır. Əməliyyatçılar oradan sənədlər, disklər və bəzi kitablar görürüblər”.

Rusiya polisi deyib ki, onlara kitabxanada bəzi "təhlükəli qəzetlərin" saxlandığı haqda məlumat daxil olub. "Həmin qəzetlər rusofob qəzetlərdir, onlarda tarixi faktlar yanlış göstərilir.”

Rusiyada yeganə olan bu Ukrayna ədəbiyyatı kitabxanası 1989-cu ildə açılıb. Onun ilkin fondu Ukraynadan hədiyyə göndərilmiş, həmçinin Rusiya dövlət kitabxanalarının verdiyi kitablar olub.

Hazırda kitabxanada Ukrayna, rus, polyak, ingilis və başqa dillərdə on min kitab var.

XS
SM
MD
LG