ABŞ rəsmiləri bildiriblər ki, Vaşinqton İslam Dövləti adlanan təşkilatın döyüşçülərinə qarşı vuruşan qiyamçılara yardım məqsədilə Suriyaya xüsusi qüvvələrdən ibarət qoşun hissəsi göndərir.
Xəbər verilir ki, sayları 50-dən çox olmayacaq dəstə yoxlamadan keçmiş qiyamçıların təlimi, məşvərəti və onlara yardımla məşğul olacaq.
Beləliklə ilk dəfə olaraq ABŞ Suriya ərazisinə quru qoşunları çıxarmış olacaq.