Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:18

Amerikalıların konfet qorxusu


Konfet.
Konfet.

-

Şəkərin zərərli təsirindən narahat olan bəzi amerikalılar bayramlarda uşaqların üzünü güldürməyin daha sağlam yollarını tapmağa çalışırlar. Məsələn, onlara alma paylayırlar.

Amerikada konfet və bayrama məxsus kostyumların geyilməsi ilə xarakterizə olunan «Hellouin» bayramında şəkərli şokoladların paylanması hələ də üstünlük təşkil edir. Hər il bu bayramda «Hershey Co», «Mars» və «Nestle» kimi şirkətlər böyük gəlir götürürlər.

İstehlakçıların daha sağlam konfet tələbini nəzərə alaraq istehsalçılar «Şəkər üzərində müharibə»ni nəzərə ala bilərdilər. Amma bunun əksinə olaraq Milli Pərakəndə Federasiyasının məlumatına görə, amerikalılar bu il «Hellouin» konfetlərinə 2.1 milyard dollar pul xərcləyəcəklər.

Dünya Səhiyyə Təşkilatının şəkərin bəzi xroniki xəstəliklərə, o cümlədən diabet və ürək xəstəliklərinə səbəb olması iddiasını Şəkər Assosiasiyası mübahisəli sayır.

Bəzi şirkətlər, məsələn, «Unreal» isə alıcıları cəlb etmək üçün daha sağlam məhsul – tərkibində az miqdarda şəkər olan konfetlərin istehsalına başlayıb.

Milli Şirniyyat Assosiasiyasının məlumatına görə, indi hər dörd amerikalıdan biri deyir ki, beş il əvvəllə müqayisədə hazırda «Hellouin» bayramında daha sağlam şokolad – tünd və ya meyvə, fındıq qarışıqlı şokolad almağa üstünlük verirlər.

Hər beş amerikalıdan biri isə deyir ki, daha az çəkili şokolad və ya konfet alırlar.

Şirniyyatçıların dediyinə görə, 13 faiz amerikalıların illik şəkər istehlakı 10.8 milyon tondur. Konfet sənayesindən isə bildirilir ki, amerikalılar konfetin tərkibində şəkərin olduğunu bilirlər və ona görə də konfet istehlakı azalmaqdadır.

DAHA AZ ŞƏKƏRLİ KONFETLƏRƏ DOĞRU

Alıcılar bu il də müxtəlif hazırlıqlar görürlər.

Özünü «sağlamlıq ədabazı» adlandıran Kevin Schiffman ötən ildən fərqli olaraq, bu il «Unreal» şokoladına üstünlük verib, şokolad qutusuna 20 dollar xərcləyib.

Kakao və şəkər çubuğundan hazırlanmış, rənglənməsində isə kələm, kök və çuğundurdan istifadə olunmuş bu şokoladın bir porsiyasında 5 qram şəkər var. Bu isə tərkibində 20 qram şəkər olan ənənəvi şokoladla müqayisədə 15 qram az şəkər deməkdir.

Kevin Schiffman deyir ki, bundan əvvəlki illərdə onlar bayramda «Reese» və «Kit Kats» kimi assorti şokoladlar paylayıblar. Amma sağlamlığın qayğısına qalan insanlar buna qarşı çıxaraq uşaqlara alma və diş fırçası verməyi üstün tutublar.

«Xlear» şirkəti «Sparx» konfetlərinin hazırlanmasında ksilit və ağcaqayın ağacları ilə qarğıdalı çubuqlarında olan lifli şəkərdən istifadə etdiyini bildirir.Bu konfetlərdən hətta diabet xəstələri də istifadə edə bilir, eyni zamanda ənənəvi şəkərlə müqayisədə daha az kalorilidir.

«Hazırda bu cür konfetlər yalnız sağlam qidaların satıldığı mağazalarda tapılır. Onların uşaqlara «Hellouin» konfeti kimi verilməsini uşaq stomatoloqları da tövsiyə edirlər» – «Xlear» şirkətinin məsləhətçisi Shad Slaughter deyir.

Obama administrasiyası da təkid edir ki, ərzaq şirkətləri məhsullarının üzərindəki yarlıqlarda həmin məhsulun şəkər tərkibi barədə daha ətraflı məlumat versin.

Bütün bu narahatlıqlara baxmayaraq, hazırda əksər amerikalılar bayramı bəhanə etməklə yenə də şəkərlə zəngin konfet və şokoladlardan yararlanmağa hazırlaşırlar.

Məsələn, 46 yaşlı Nyu-York sakini Tom Cardamone deyir ki, adətən çox konfet yemir, amma bayrama gəlincə: «Bayramdan bayrama konfetin nə olduğunu bilirəm, ona görə də hər bayramda bu mənim üçün narkotik maddə kimi bir şeydir».

XS
SM
MD
LG