Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:36

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

15:36 1.11.2015
Saat 3-dək 43 faiz səs verib

Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov parlament seçkiləri ilə bağlı saat 15-ə olan məlumatı yayıb. Onun açıqladığı rəqəmlərə görə, yenə ən yüksək seçici fəallığı Naxçıvan Muxtar Respublikasındakı dairələrdə müşahidə edilir. Oradakı bəzi dairələrdə artıq seçicilərin 60 faizindən çoxunun səs verdiyi bildirilir. Paytaxt Bakının bəzi dairələrində isə seçici fəallığı 30 faizdən bir qədər çoxdur:

«Ümumilikdə 2 milyon 200 mindən çox seçici səs verib. Bu da ümumilikdə seçicilərin 42.9 faizinin səs verməsi deməkdir…».

Yada salaq ki, MSK-nın saat 12-yə olan məlumatında isə seçicilərin 28.2 faizinin səsvermədə iştirak etdiyi bildirilirdi.

15:26 1.11.2015
Pənah Hüseyn.
Pənah Hüseyn.
«Yarım saata seçkini dayandırıb qutuları doldurublar»

«Azadlıq 2015» blokunun 63 saylı Sabirabad birinci seçki dairəsindən deputatlığa namizədi Pənah Hüseyn həmin dairədə kütləvi pozuntuların olduğunu bildirib.

Bu haqda AzadlıqRadiosuna Pənah Hüseynin özü məlumat verib.

Pənah Hüseyn deyib ki, 7 saylı seçki məntəqəsində komissiyanın rəhbəri bülletenlərin əksəriyyətini başqa otaqda seyfdə saxlayıb. Müşahidəçilərin etirazından sonra bülletenlər səsvermə otağına gətirilib.

11 saylı məntəqədə səsvermə üçün ayrılan yerdə kənar şəxslər olub. Müşahidəçilərin etirazına baxmayaraq, onlar kənarlaşdırılmayıb.

13 saylı məntəqədə komissiya sədri müşahidəçilərə küncdə yer ayırıb ki, burada da seçki qutuları pis görünür.

Bundan əlavə, əlində üç səsvermə bülleteni olan şəxs tutulub. Fakt sənədləşdirilib.
Pənah Hüseyn müşahidəçilərinin məntəqədən çıxarıldığını da deyir:

«Bizim müşahidəçilərlə DSK-nın məlumatları arasında təxminən iki dəfəyə yaxın fərq var. Hətta məntəqə sədrlərinin müşahidəçilərimə dediyi rəqəmlərlə DSK-nın elan etdiyi rəqəmlər və daha sonra MSK-nın saytına göndərdiyi rəqəmlər arasında əhəmiyyətli fərqlər var. Nə DSK, nə də məntəqə seçki komissiyaları seçicilərin gəlməsi haqqında hər hansı bir yazılı məlumat vermir. Hətta bir çox məntəqələr heç şifahi də məlumat vermir. 10 saylı məntəqədə bir dəstə naməlum adam içəri girib müşahidəçilərimi kənara atıb. Seçki prosesini yarım saata yaxın dayandırıb qutuları doldurublar».

63 saylı Sabirabad birinci seçki dairəsinə etdiyimiz zənglərə hər dəfə «sədr burda yoxdur, gələndə özü cavab verər» cavabını aldıq.

MSK sədri Məzahir Pənahov isə əksinə seçki günü keçirdiyi mətbuat konfransında Pənah Hüseynin tərəfdarlarını qanunu pozmaqda ittiham edib. MSK sədrinin dedikləri:

Gözlə

No media source currently available

0:00 0:00:49 0:00
Direct-ə keçid

15:15 1.11.2015
Artur Rasizadə
Artur Rasizadə
Artur Rasizadə prosesə qoşuldu

Baş nazir Artur Rasizadə 16 saylı Yasamal ikinci seçki dairəsində səs verib. AzərTAc xəbər verir ki, 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsinə gələn A.Rasizadə səsvermə prosesində iştirak edib.

Qeyd edək ki, bu məntəqədə 1412 seçici qeydiyyata alınıb.

14:49 1.11.2015
Gəncləri valideynlərini işdən çıxarmaqla hədələyiblər

Davamı

XS
SM
MD
LG