Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 12:38

Azərbaycanda parlament seçkiləri [dəqiqəbədəqiqə]

Noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilib. Rəsmi məlumata görə, Milli Məclisdə 125 yer uğrunda 767 namizəd mübarizə aparır.

Təşviqat kampaniyasına 1200-dən çox namizəd qoşulsa da, daha sonra onların bəziləri, o cümlədən Müsavat Partiyası üzvlərinin böyük əksəriyyəti seçkiyə qatılmaqdan imtina edib.

Müxalif Milli Şura daha öncədən seçkini boykot edərək, nəticələri tanımayacağını bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda budəfəki seçkiləri müşahidə etməyəcəyini açıqlayıb.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətnin aşağısıdakı göy rəngli «davamı» düyməsini basmaqla, bloqu vərəqləmək, əvvəlki postlarla tanış olmaq da mümkündür.

13:05 1.11.2015

İlham Əliyev ailə üzvləri ilə birlikdə seçkilərdə iştirak edib

13:07 1.11.2015
Karusel

«7 saylı məntəqədə sədr tərəfindən bir topa bülleten atmasını qeydə aldıq. Bunu MSK-nın səhifəsində də yerləşdirmişik. Etiraz edib aktlaşdırırıq, ancaq akta qol çəkmirlər».

Bunu AzadlıqRadiosuna 32 saylı Suraxanı 3-cü seçki dairəsindən namizədliyini irəli sürmüş «Təmiz Dünya» təşkilatının sədri Mehriban Zeynalova bildirib.

Mehriban Zeynalova deyir ki, bir neçə məntəqədə «karusel»dən istifadə olunur, eyni adamlar ayrı-ayrı məntəqələrdə səs verir:

«Maşınların nömrələri də var. Ancaq aktlaşdıra bilmədiyimizdən sübut kimi verə bilmirik. Biz əsas videogörüntülərə üstünlük veririk».

32 saylı Suraxanı 3-cü seçki dairəsindən AzadlıqRadiosuna bildirdilər ki, hansı namizədin şikayəti varsa, araşdırılacaq.

13:25 1.11.2015
Müsavat pozuntulardan danışır, MSK isə...

«63 saylı Sabirabad birinci seçki dairəsində deputatlığa namizəd Pənah Hüseynin səlahiyyətli nümayəndəsi iki seçicinin əlindən bülleteni alaraq, qaçıb». Ətraflı burada

14:02 1.11.2015
İltizam Əkbərli
İltizam Əkbərli
Komissiya sədri namizədi döymək istəyib?

İmişli rayonunun Hacalmuradlı kəndində yerləşən 79 saylı İmişli seçki dairəsinin 25 saylı məntəqəsində qalmaqal yaşanıb.

Müsavat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İltizam Əkbərli deyir ki, səsvermə otağında həmin dairədən YAP-ın namizədi olan Əsabil Qasımovun lehinə işarələnmiş topa bülleteni bir seçicinin əlindən alıb. İltizam Əkbərlinin sözlərinə görə, bu zaman məntəqə komissiyasının sədri Fazil Tarıverdiyev hücum çəkərək onu vurmağa cəhd edib.

İ.Əkbərli bildirir ki, zor tətbiq etməklə bülletenləri onun əlindən alaraq qutuya atıblar. Bundan sonra səsvermə otağına polis çağırıldığını deyən müsavatçı namizəd onların təhdidi ilə üzləşdiyini iddia edir. Onun sözlərinə görə, DSK sədri zəng edəndən sonra ona səsverməni izləməyə icazə verilib.

Ancaq DSK sədri Sabit Yaqubov İltizam Əkbərlinin dediklərini təkzib edir. Sabit Yaqubov Azadlıq Radiosuna deyib ki, namizəd məntəqə sədrinə böhtan atır: «Yalan məlumatdır. Əksinə İltizam Əkbərli məntəqələri gəzib, qanun pozuntularına yol verir».

Davamı

XS
SM
MD
LG