-
30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizəd Vurğun Əyyubun səlahiyyətli nümayəndəsi Rövşən Dəmirli AzadlıqRadiosuna deyib ki, ən çox pozuntu Yeni Günəşlidəki məntəqələrdə qeydə alınıb.
Burda «karusel» əməliyyatlarından istifadə edildiyini söyləyir: «MİS işçilərini dəstəylə müxtəlif məntəqələrə aparıb səs verdirirlər. Bundan başqa,məntəqələrdə müşahidəçi adı altında öz adamlarını oturdublar, onların əliylə bülletenləri topayla qutulara atdırırlar. Aktlaşdırma aparırıq. Amma qabağını ala bilmirik. «Müşahidəçinin səlahiyyətinə aid olmayan məsələdir» deyib akt bağlayıb müşahidəçiləri çıxardırlar. Məsələn, 7 saylı məntəqədə vəkilimizi eyni bəhanəylə məntəqədən çıxardılar, «seçkini pozursan» dedilər. Hövsandakı məntəqələrdə dəbir saatdır MİS işçilərini hərəkətə gətiriblər, məntəqə-məntəqə göndərirlər. Burda bəzən həmin işçiləri evə göndərirlər ki, paltarlarını dəyişib başqa məntəqədə səs versinlər».
DSK sədri Fikrət Məmmədov isə bizimlə söhbətdə bildirdi ki, deyilənləri araşdırırlar: «Araşdırırıq. Bu iş bizim katiblərdən birinə həvalə edilib. Araşdırıb, nəticəsini sizə də deyəcəyik».