- İran şəhərlərarası qatarlarda kitabxanalar yerləşdirir
İran Dəmiryolları Firması rəhbəri Həsən Musəvinecat qatarlara kitabxana yerləşdirmək üçün lazımi icazənin alındığını deyib. Hər qatarda 500 kitab olacaq.
Bu layihəyə 14 noyabrda İranda 23-cü Kitab həftəsindən etibarən başlanacaq. Kitabları Dəmiryolları Firmasına İran Kitab Evi qurumu verəcək.
Onlar qatarlarda e-kitab sistemi də qurmağı planlaşdırırlar. İndi onlar qatar yolçuları üçün uyğun kitabları seçirlər.
İran Dəmiryolları Firmasının direktoru deyib ki, onlar hər səfərdə 400-ə yaxın yolçu daşıyırlar. Kitab seçimi otuz-qırx faiz sərnişinin istəklərinə uyğun olmalıdır.
Adətən dəmiryollarından tələbələr istifadə edirlər.
Hələlik Tehran-Təbriz və Tehran-Məşhəd qatarlarında kitabxana qurulacaq.