Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 04:38

Ağ Ev Ukraynaya 1 milyard təklif edir


Joe Biden
Joe Biden

-

Ağ Ev Ukraynaya üçüncü dəfə 1 milyard dollarlıq kredit təklif edib. Bu kreditin ayrılması Ukraynanın korrupsiyanın ləğvi, vergilər sahəsində islahatlarından asılı olacaq.

Vitse-prezident Joe Biden ukraynalı həmkarı Petro Poroshenko ilə telefonla danışıb, deyib ki, Birləşmiş Ştatlar Ukraynaya kömək etməyə hazırdır, ancaq Kiyev də iqtisadi islahatlar həyata keçirməlidir.

Hazırda Beynəlxalq Valyuta Fondunun ayırdığı 1.7 milyard dollarlıq kredit Ukrayna parlament və Maliyyə Nazirliyi arasında mübahisə üzündən müvəqqəti dayanıb. Səbəb vergilərin azaldılması təklifidir.

Baş nazir Arseny Yatseniuk noyabrın 4-də xəbərdarlıq edib ki, vergilərin azaldılması planı üzrə mübahisə hökumətin gələn ilki büdcəsini və buna bağlı Qərb maliyyəsini yubadır.

XS
SM
MD
LG