Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:15

İŞİD-ə qoşulmaq ittihamı ilə 14 azərbaycanlı saxlandı


Arxiv fotosu
Arxiv fotosu

►Türkiyədə İŞİD-ə qoşulmaq istəyində suçlananlar saxlanıb, onların 14-ü azərbaycanlıdır.

Türkiyənin Adana vilayətində polisin antiterror əməliyyatları çərçivəsində İŞİD-ə qoşulmaq istəyən 38 nəfər saxlanıb.

Onların arasında 14 Azərbaycan vətəndaşı da var.

Bu barədə Türkiyənin milliyyet.com.tr saytı məlumat yayıb.

Bildirilir ki, Azərbaycan, İndoneziya, İraq, Qırığızıstan, Tacikistan və İrandan olan vətəndaşların 15-i uşaq, 10-u qadın, 13-ü yetkinlik yaşında olan kişidir.

Polis Suriyaya keçmək istəyən bu şəxslərə kömək edən iki nəfəri də nəzarət altına alıb, daha iki nəfərin axtarışı isə davam etdirilir.

Saxlanılanlar Adana şəhər xəstəxanansında tibbi yoxlamadan keçdikdən sonra deportasiya olunmaq üçün müvafiq idarələrə təhvil veriliblər.

XS
SM
MD
LG