Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:11

Sənətçi "FSB"yə od vurdu- [Video]


Moskvada Federal Təhlükəsizlik Xidmətinin qapısı yandırılıb
Gözlə

No media source currently available

0:00 0:01:08 0:00

Moskvada Federal Təhlükəsizlik Xidmətinin qapısı yandırılıb

►Rusiyalı rəssam Pyotr Pavlensky gecə vaxtı Federal Təhlükəsizlik Xidmətinin (FSB) baş qərargahının giriş qapısına od vurduğuna görə həbs edilib.

O bunun təhlükəsizlik idarəsinin ‘‘terror’’ kampaniyasına cavab olduğunu deyib.

Hadisəni əks etdirən videoda əynində kapüşon, əlində yanacaq kanistri, hərəkətsiz şəkildə küçə tərəfə baxan Pavlensky-ni görmək olur.

Onun arxasından isə alovun bir metrə çatan dilləri, bir də "Lubyanka"nın (FSB-nin binası) məşhur binasının ön tərəfi görünür.

Videonun 30-cu saniyəsində bir polis nəfəri Pavlensky tərəfə qaçaraq onu saxlayır.

Pavlensky müqavimət göstərmir.

Buna da bax: Azərbaycanlılar təhqiramiz verilişə etiraz edirlər- [Video]

Videonun yanında aksiyasının konsepsiyasını izah edən Pavlensky yazıb:

"…Terrorçuluq yalnız heyvani qorxu instinktinə görə mövcud ola bilər. Şərtsiz müdafiə refleksi insanı bu instinktə qarşı getməyə vadar edir. Bu öz həyatın uğrunda mübarizə refleksidir. Həyatınsa uğrunda mübarizə aparmağa dəyər.’’

Peter Pavlensky
Peter Pavlensky

31 yaşlı sənətçi əvvəllər də xəbər başlıqlarına çıxmış fəndlərə əl atıb. Bir dəfə o hətta öz xaya kisəsini Kremlin kənarında yerə mıxlamışdı. Onun tryuklarına etirazçı pankları dəstəkləmək üçün dodaqlarını bir-birnə tikmək, psixiatrik klinikanın divarına dırmaşıb orada özünün qulağını yırtmaq da daxildir.

Bundan başqa o, Kiyevdəki Avromaydan etirazlarını qabartmaq üçün Sankt-Peterburqun küçələrində Ukraynadakı küçə iğtişaşlarını canlandırmışdı. Pavlensky-nin dəfələrlə kiçik xuliqanlıq ittihamı ilə həbs olunduğu bildirilir. Bu son hadisədən sonra isə onu inzibati pozuntuya görə həbs ediblər.

Rəssamla birlikdə saxlanılmış iki jurnalist noyabrın 9-da buraxılıb. Onlar şahid qismində polisə ifadə veriblər.

"Lubyankanın yanan qapısı cəmiyyətin terror təhlükəsinin üzünə tulladığı əlcəkdir,’’ deyə Pavlensky yazıb. ‘‘Federal Təhlükəsizlik Xidməti davamlı terror metodundan istifadə etməklə146 milyon adam üzərində gücünü saxlayır.’’

O daha sonra yazıb:

‘‘Qorxu azad insanları təcrid olunmuş canların düyünlənmiş kütləsinə çevirir. Qaçılmaz cəza təhlükəsi …müşahidə dairəsində olan hər bir şəxsin başı üzərindən asılıb.”

XS
SM
MD
LG