Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:24

Pensiya şərtləri niyə ağırlaşdırılır?


Pensioner.
Pensioner.

-

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyevin bir açıqlaması hökumətin pensiya yaşını artırmaq və güzəştləri ləğv etmək hazırlıqlarından xəbər verir. Noyabrın 6-da APA-ya müsahibə verən E.Mehdiyev silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı müddətinin artırılacağını deyib. Onun sözlərinə görə, həmin müddətin 20 ildən 25 ilə çatdırılmasına baxılır.DSMF sədri daha öncə - sentyabr ayında bütövlükdə pensiya yaşının artırılacağını söyləmişdi. Hökumət neftin ucuzlaşdığı və büdcə gəlirlərinin azaldığı bir dövrdə sosial öhdəliklərinə sadiq qalacağını dəfələrlə xatırlatsa da, pensiya şərtlərinin ağırlaşdırılması təbii sual doğurur: Söhbət islahatdan gedir, yoxsa pul qıtlığından?

«PENSİYA KONSEPSİYASINA UYĞUNDUR...»

Milli Məclisin deputatı Əli Məsimli deyir ki, qeyd edilənlər «2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı konsepsiyası»nda nəzərdə tutulub: «Konsepsiyada pensiyaya daha gec çıxmağı stimullaşdıran, pensiyaya daha tez çıxmağa marağı azaldan mexanizmlərin tətbiqi ilə bağlı məsələlər var. Görünür, həmin konsepsiyaya uyğun olaraq, hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir».

Əli Məsimlinin sözlərinə görə, DSMF sədrinin təklifi bəyənilərsə, yeni qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək.

«BÜDCƏ SİYASƏTİ İXTİSAR ÜZƏRİNDƏ QURULUB»

İqtisadçı ekspert Qubad İbadoğluhökumətin büdcə siyasətinindövlətə məxsus maliyyə öhdəliklərinin ixtisarı üzərində qurulduğunu söyləyir: «İxtisarlar, əsasən, 2 mərhələdən ibarətdir. Birincisi, investisiya öhdəliklərinin azaldılması, ikincisi, cari öhdəliklərin rasionallaşdırılması».

Ekspert bildirir ki, birinci mərhələ artıq başlanıb və büdcədən maliyyələşən bir çox investisiya layihələri dayandırılıb:

«Gələn ilin büdcə xərcləri bu ilin proqnoz göstəricilərinə nisbətən, ən azı, 22.9 faiz az olacaq. Bununla belə, əlavə maliyyə qaynaqlarının məhdudluğu şəraitində öhdəliklərin ixtisarı siyasətini hökumət gələn il də davam etdirmək niyyətindədir».

Qubad İbadoğlu gələn il ikinci mərhələnin də reallaşdırılmasının gözlənildiyini deyir: «Büdcədə yalnız investisiya öhdəliklərini azaltmaqla vəziyyətdən çıxmaq mümkün olmayacaq. Ona görə də sosial öhdəliklərin rasionallaşdırılması adı ilə, pensiya güzəştlərinin ləğvi, pensiya yaşının artırılması kimi tədbirlərin həyata keçiriləcəyi gözləniləndir».

XS
SM
MD
LG