Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:00

Avropa Birliyi Arif Yunusun azad edilməsini alqışlayır


Isabel Santos
Isabel Santos

Avropa Birliyinin rəsmisi deyib ki, bu humanitar jest və müsbət addımı alqışlayır, növbəti addımların da atılacağına ümid edirlər.

Avropa Birliyinin rəsmisi deyib ki, bu humanitar jest və müsbət addımı alqışlayır, növbəti addımların da atılacağına ümid edirlər.

Bu barədə Avropa Birliyinin Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri Federica Mogherini-nin adından Maja Kocijancic yazılı açıqlama verib. Noyabrın 12-də yayılan yazılı açıqlamada deyilir:

“Bu, humanitar jest və müsbət addımı alqışlayırıq. Bu istiqamətdə növbəti addımların da atılacağına ümid edirik. Avropa Birliyi Azərbaycanla əməkdaşlığa və daha dərin və əhatəli dialoqa hazırdır.”

ATƏT Arif Yunusun azad edilməsindən məmnundur

ATƏT-in Parlament Assambleyasının Demokratiya və İnsan Haqları üzrə Komitəsinin sədri İsabel Santos bu gün Azərbaycanda insan haqları fəalı Arif Yunusun Bakı Apellyasiya Məhkəməsi tərəfindən səhhəti ilə bağlı azad edilməsi qərarını alqışlayıb.

Arif Yunus və onun xanımı Leyla Yunus bu ilin avqust ayında müvafiq olaraq 7 və səkkiz il yarım müddətinə azadlıqdan məhrum edilmişdilər.

Onlara qarşı fırıldaqçılıq və vergidən yayınma ittihamları irəli sürülmüşdü.

Yunuslar Azərbaycanda insan haqlarının qızğın müdafiəçisi və hökumət korrupisyasının tənqidçiləri kimi tanınırlar.

İsabel Santos yazır ki, Arif Yunusun azad edilməsi ilə bağlı xəbər Azərbaycandan insan haqları fəalları ilə rəftarla əlaqədar alınmış çox nadir müsbət məlumatlardandır.

Xanım Santos bunu da əlavə edib ki, Arif Yunusun xanımı Leyla hələ də həbsdədir və onun səhhəti ciddi narahatlıq doğurur.

Digər tərəfdən Arif Yunusun Bakı şəhərini tərk etməsinə qadağan qoyulub.

Xanın Santos yazır ki, Arif Yunusun həbsxanadan azad edilməsinə baxmayaraq, “təəssüf ki, Azərbaycanda siyasi məhbus edilmiş şəxslərin siyahısı kifayət qədər uzun oilaraq qalır”.

İsabel Santos yazır ki, insan haqlarının və qanunun aliliyinin ölkəyə qaytarılması üçün təcili tədbirlərin görülməsi vacibdir.

ATƏT-in Parlament Assambleyasının Demokratiya və İnsan Haqları Məsələləri üzrə Komitəsinin sədri İsabel Santos Azərbaycan hakimiyyətini həbsxanada olan Leyla Yunus, jurnalistlər və başqa insan haqları müdafiəçilərinə baş çəkib əhvallarını sormağa çağırıb.

Xanım Santos insan haqları və başqa problemləri Azərbaycan hakimiyyəti ilə müzakirə etməyə hər zaman açıq olduğunu bildirib.


Buna da bax: Arif Yunusun ilk müsahibəsi - VİDEO

Tarixçi alim Arif Yunus səhhətində yaranan problemlərə görə noyabrın 12-də başqa yerə getməmək barədə iltizam alınaraq həbsxanadan buraxılıb. O və xanımı, tanınmış insan haqlarını müdafiə fəalı Leyla Yunus bu ilin avqustunda qanunsuz sahibkarlıq, vergidən yayınma və digər iqtisadi cinayətlərdə ittiham edilərək azadlıqdan məhrum edilib.

Leyla Yunusa 8 il yarım, Arif Yunusa 7 il azadlıqdan məhrumetmə cəzası verilib. Onların barəsində dövlətə xəyanət ittihamı hələ ayrıca istintaq edilir.

Özləri ittihamları rədd edirlər. Yerli və beynəlxalq insan haqları təşkilatları Yunusları siyasi məhbuslar elan ediblər.

XS
SM
MD
LG