Polşada fizika müəllim şagirdlərinə həll etmək üçün belə bir çalışma verib: "Dörd suriyalı miqrant kiçik bir qayıqla Yunanıstana doğru hərəkət edir.Qayığın ölçüləri 1 metr x 2 metr x 20 cm-dir. Təsəvvür edin ki, hər miqrantın çəkisi 60 kiloqramdır. Qayığın batmaması üçün neçə miqrantı suya atmağımız lazımdır?”
Şagirdlərdən biri evdə valideynlərinə fizika müəlliminin bu tapşırığı haqqında danışıb. Şagirdin anası məktəbə gedib soruşub ki, bu necə sualdır? . Hadisə internetə yayılıb. İndi bütün Polşa bundan danışır.
Hadisə Polşanın Bialystoki şəhərindəki özəl məktəblərin birində baş verib. İndi həmin fikiza müəllimini çoxları tənqid edir.
Fizika müəllimi Grzegorz Nowik tənqidlərdən sonra mediaya açıqlamalar verib.
"Pis bir niyyətim yox idi"
Fizika müəllimi deyib ki, şagirdlərə bu sualı verməkdə pis bir niyyəti olmayıb Sadəcə şagirdlərinin diqqətini cəlb etmək üçün son vaxtların gündəlik mövzusu olan miqrantları fizika çalışmasına daxil eləyib.
Müəllim deyib: “Əgər şagirdlərdən soruşsaydım ki, bir ağac parçası suyun üstündə fizikanın hansı qanunlarına görə batmadan üzə bilər, soruşsaydım, bu şagirdlərin diqqətini cəlb edə biməzdi”.
Valideynlər isə deyib ki, bu cür müəllim onların övladlarına yaxşı heç nə öyrədə bilməz. Məktəb müdiriyyətindən onu işdən çıxarmağı tələb ediblər.
Məktəb rəhbərliyi isə baş verən hadisə ilə bağlı açıqlama yayıb. Rəhbərlik fizika müəlliminin bu hərəkətinə bir məna verə bilmədikləriin bildirib.
Məktəbin direktor müavini Elzbieta Stasiewicz bildirib ki, həmin müəllimə cəza verilib. Əgər belə hərəkəti bir də təkrarlansa, o işdən çıxarılacaq.