Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 17:26
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

13:15 17.11.2015

Aztelekom” MMC-nin baş direktoru saxlandı

“Aztelekom” MMC-nin baş direktoru Məhəmməd Məmmədov saxlanılıb.

Məlumatı Trend yayıb. Bildirilir ki, M.Məmmədov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində külli miqdarda dövlət vəsaitinin mənimsənilməsi faktı ilə əlaqədar saxlanılıb.

O da deyilir ki, Məhəmməd Məmmədovla bərabər daha bir neçə vəzifəli şəxs saxlanılıb.

Saxlanılanlar arasında “Aztelekom” MMC-nin baş mühasibi Oqtay Rüstəmov da var

Sözügüdən həbslər barədə hələ ki rəsmi məlumat yoxdur.

20:33 16.11.2015

Bu günki AzadlıqLive-da :

İnternet niyə zəifdir? Nazirlik deyir, 2-3 saata bərpa olunacaq

Rusiya elitasının milyarder uşaqları

Gözlə

No media source currently available

0:00 0:07:02 0:00
Direct-ə keçid

17:39 16.11.2015

Delta Telecom-da yanğın

Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara giriş mümkün deyil. Eyni zamanda internetin sürəti də olduqca zəifdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "Report"a bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telekom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar xəsarət alıb: "Fövqəladə Hallar Nazirliyi yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunub, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq".

17:20 16.11.2015

İnternetdə problemin səbəbi açıqlanıb

Azərbaycanda internetin fasiləsiz təminatında, internet-provayderlərin və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda şəbəkədə fasilələr də yaranıb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi "Delta Telecom" şirkətinin şəbəkəsində problemlər baş verdiyindən bütün ölkə ərazisində də internetin yayımında fasilə yaranıb.

"Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Delta Telecom" şirkətinin əməkdaşları baş vermiş problemin aradan qaldırılması və səbəblərinin aydınlaşması ilə əlaqədar araşdırma aparılır", - deyə RYTN-dən bildirilib.

Davamı

XS
SM
MD
LG