Keçid linkləri

2024, 28 Sentyabr, şənbə, Bakı vaxtı 09:27
Vertolyot qəzası arxiv fotosu
Vertolyot qəzası arxiv fotosu

AzadlıqLive - Polyaniçko İsmət Qayıbovun qarşısında 5 dəqiqə dayandı...

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

Azərbaycanda və dünyada baş verən hadisə və xəbərləri burdan izləyin

21:06 18.11.2015

Bu günki AzadlıqLive-da:

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin işdən çıxarılan, Bakıya qayıtmaqdan imtina edən keçmiş konsulu Nahid Cəfərov Azadlıq Live-a danışır.

Gözlə

No media source currently available

0:00 0:04:52 0:00
Direct-ə keçid

19:18 18.11.2015

Parisdə terror törədənin müəllimi : "Özümü günahkar sayıram"

"Əvvəl dərs buraxmağa başlayıb. Sonra da sorağı Suriyadan gəlib"

Noyabrın 13-də Fransanın paytaxtı Parisdə 129 adamın öldüyü terror aktını törədənlərdən biri, 20 yaşlı Bilal Hadfinin müəllimi Sara Staccino Belçika radiosuna danışıb.

Sara Staccino deyib ki, Hadfi bir ilin içində tamamilə dəyişibmiş.

Müəlliminin sözlərinə görə, Bilal Brüsselin mərkəzində yerləşən liseylərin birinin çox yaxşı şagirdlərindən olub.

“Hamıya can yandıran, ünsiyyətcil, gözəl bir şagird idi. Ancaq bir ilin içindən birdən-birə dəyişdi”.

Müəllimi deyib ki, Bilal Hadfi qısa vaxtda siyasətə daha çox maraq göstərməyə başlayıb

18:43 18.11.2015

"Onlar bilirlər ki, xalqı uçuruma aparırlar"

Azərbaycanın Niderland Krallığındakı səfirliyinin işdən çıxarılan, sonra Bakıya qayıtmaqdan imtina edən keçmiş konsulu Nahid Cəfərov Azadlıq Radiosuna deyir ki, diplomat Arif Məmmədovu əslində Facebook-da yazdığına görə çıxartmadılar.

Əsil səbəb başqa idi. Müsahibədəın bir hissə:

Gözlə

No media source currently available

0:00 0:04:52 0:00
Direct-ə keçid

Arif Məmmədovun yazdığını “like” edənlərin başına nə gəldi və nəyə məcbur edildilər? “onların cəmi 3 nəfəri işdə qala bildi. Onlara çox utancverici sənəd imzalatdırdılar”

Azərbaycanda bu işlərin axırı necə olacaq? – Nahid Cəfərov deyir ki, hakimiyyət üçün yaxşı olmayacaq: “Onlar bilirlər ki, höküməti uçuruma aparlırlar, xalqı uçuruma aparırlar”

15:19 18.11.2015

Prezident deyir ki, qiymətlərə özü nəzarət edəcək

Qazaxıstan prezidenti Nursultan Nazarbayev hökumətin iclasında deyib ki, əgər müvafiq idarələr nəzarət edə bilmirsə, onda onun özü bazara gedib, qiymətlərə nəzarət edəcək.

O narazılığını bildirib ki, ərzaq qiymətləri niyə bahadır? informburo.kz-ın məlumatına görə, prezident deyib ki, "arada alıb-satan vasitəçiləri yığışdırın!"

Davamı

XS
SM
MD
LG