-
13 noyabr terror hücumlarından sonra Fransada polisin keçirdiyi əməliyyatlar davam edir. Gecə 128 yerdə keçirilən axtarışlar zamanı çoxlu adam saxlanılıb.
Parisin 18-ci rayonunda terror zamanı istifadə edildiyi iddia olunan qara «Renault Clio» avtomobili də tapılıb.
Fransanın daxili işlər naziri Bernard Cazeneuve deyib ki, əməliyyatlarda irəliləyiş var: «Bu terror hücumları bizim sərhədlərimizin xaricində, təhlükəsizlik xidmətlərinin bilmədiyi şəxslər tərəfindən təşkil olunub».
«Bataclan» konsert zalında intihar hücumu törətmiş Samy Amimour-un evində də axtarış aparılıb. Terrora görə axtarışda olanlardan Abdeslam Salah-ın Parisin cənub şərqindəki Alforvil şəhərində otellərin birində iki otaq götürdüyü də məlum olub.
Parisdəki terror hücumlarında 129 adam ölüb, 300-dən çox şəxs yaralanıb.