Özünü İslam Dövləti adlandıran qruplaşmanın buraxdığı yeni videoda Ağ Evə intiharçı bomba və avtomobil partlayışları ilə hücumlar ediləcəyi barədə xəbərdarlıq edilib.
İraqda çəkildiyi düşünülən 6 dəqiqəlik videoda Parisdə törədilmiş terror aktları alqışlanır və bildirilir ki, Fransa paytaxtı üzərinə yeni basqınlar planlaşdırılır.
Buna baxmayaraq, FTB-nin direktoru James Comey Birləşmiş Ştatlara “Parissayağı basqın” ediləcəyinə dair heç bir kəşfiyyat məlumatının olmadığını deyib.
Dövlət Departamenti isə bildirib ki, videoda səslənən hədələr araşdırılır.
Video “Romadan əvvəl Paris” adı ilə buraxılıb. Videoda İŞİD silahlılarının dilindən prezidentlər Obama və Hollande hədələnir.