Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 23:30

Əli Əhmədov: «Prezidentə xəyanət edənlər cəzalandırılacaq»


Əli Əhmədov
Əli Əhmədov

-

«Qanunu pozmuş, prezidentin göstərdiyi etimadı yerinə yetirməmiş və bəlkə də o etimada müəyyən dərəcədə xəyanət etmiş insanlar varsa, onlar da ciddi şəkildə cəzalandırılacaqlar».

Trend-n məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, nazirlərin işə təyin olunması və işdən azad edilməsi prezidentin Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərinə daxildir.

«Təbiidir ki, istənilən vaxt prezident nazirləri işdən azad edə və onların yerinə yeni nazirlər təyin edə bilər. Bizi bu və ya digər nazirliklərdə aşkar edilən ciddi pozuntular narahat edir. Bu barədə cənab prezidentin çox kəskin mövqeyi ortadadır», - Əli Əhmədov deyib.

Bir müddət öncə prezidentin sərəncamı ilə milli təhlükəsizlik və rabitə nazirləri öz vəzifələrindən azad edilib. Hər iki dövlət qurumunda yüksəkvəzifəli şəxslər müxtəlif ittihamlarla cinayət məsuliyyətinə cəlb olunub.

XS
SM
MD
LG