Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:47

MTN generalları türmədə pıçıltı ilə danışır


MTN generalı Akif Çovdarov, məhkəmədən həbsxanaya aparılarkən (youtube screenshot)
MTN generalı Akif Çovdarov, məhkəmədən həbsxanaya aparılarkən (youtube screenshot)

-

«MTN-in həbs edilən əməkdaşları görüş otaqlarında vəkilləri ilə söhbət edərkən onlarla pıçıltı ilə danışırlar. Onlar əmindir ki, görüş otaqlarına dinləyici qurğular yerləşdirilib».

Bunu virtualaz.org saytına açıqlamasında MTN-in sabiq əməkdaşlarından birinin vəkili Kamandar Nəsibov deyib.

Vəkil müdafiə tərəfinin şəxsi qeydlərinin Penitensiar Xidmətin 1 saylı İstintaq Təcridxanasında əsassız olaraq yoxlanmasından narazıdır: «Bu, Cinayət-Prosessual Məcəllənin müddəlarının kobud şəkildə pozulmasıdır. Bununla bizi müdafiə hüququndan məhrum edirlər. Çoxları bizə hiddətlənir. Deyirlər ki, öz xalqına və dövlətinə qarşı bu cür ağır cinayətlər törədən, bütün cəmiyyət tərəfindən qınanılıb lənətlənən sabiq MTN-çilərin hüquqlarını niyə müdafiə edirsiniz. Əvvəla, bütün bu cinayətlər məhkəmədə sübuta yetirilməlidir. İkincisi, hər bir cinayətkarın müdafiə hüququ var».

MTN naziri kim olacaq? - [11 dəqiqə]

K.Nəsibovun sözlərinə görə, vəkillər öz müvəkkilləri ilə görüşmək üçün görüş otağına daxil olmazdan əvvəl Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməkdaşları onların üst-başını axtarır və bütün şəxsi yazışmalarını yoxlayırlar.

Azərbaycan taxılı və unu dəyərindən iki dəfə baha alır

Rusiya, taxıl ixracı (arxiv fotosu)
Rusiya, taxıl ixracı (arxiv fotosu)

«Bizim Yol» qəzeti yazır ki, Statistika Komitəsi məlumatına görə, bu il taxıl istehsalı son 100 ildə analoqu olmayan həddə gəlib çatıb. Amma Gömrük Komitəsinin statistikasına nəzər yetirdikdə, son 100 ildə ölkəyə bu qədər buğda, taxıl məhsulları idxal olunmayıb.

«Ölkə əhalisinin artımı 1.3 faizdir. Nəzərə alsaq ki, əhalinin alıcılıq qabiliyyəti də aşağı düşüb, əvvəlki qədər istehlak olunmur, o zaman bu qədər taxıl nəyə görə idxal və istehsal olunub? Belə çıxır ki, ölkə əhalisi ancaq buğda ilə qidalanır. Hətta yalnız çörəklə qidalansaq belə, Kənd Təsərrüfatı Nazirliyinin təqdim etdiyi 1.8 milyon ton buğda bizə artıqlaması ilə kifayət edə bilər. Keyfiyyətli unun 1 tonunun qiyməti dünya birjalarında 200 dollar olduğu halda, Azərbaycan istehlakçılarına 2 dəfə baha qiymətə təklitaxılf olunur. Ölkədə istehsal olunan buğdanı isə un üyütmə ilə məşğul olan şirkətlər qəbul etmir».

Azərbaycanda 300-500 manata da maşın almaq olur

Axar.az saytı yazır ki, Azərbaycanda «ayağını yerdən götürmək» istəyənlər üçün» ucuz maşınlar da var.

Changan Benni mini
Changan Benni mini

«Çinin «Benni» modelini 8 min manata almaq olar. Son dövrlər bu Çin maşınlarına maraq artsa da, mütəxəssislər keyfiyyətini bəyənmirlər. İranın istehsal etdiyi «Saipa 132» avtomobilinin 2014 buraxılışını 7 min manata tapmaq mümkündür. Naxçıvan Avtomobil Zavodunun istehsalı olan «Naz Lifan 330» modeli isə 10 min manata satılır. Daha köhnə modellər də var ki, «su qiyməti»nə satışdadır. Məsələn, «Ford»un «Sierra» modelini 800-900 dollara almaq olar. «Reno»nun «12 Toros» modeli də təxminən eyni qiymətədir. Bu maşın 1996-cı il buraxılışıdır. BMV-nin «735» modeli də var ki, 1500 dollar ödəməklə bu maşına sahiblənmək olar. VAZ-2107, «Tofaş»ın «Şahin» modelinin işlənmiş olanlarını 2000-2500 manata almaq mümkündür. Ölkədə ən ucuz maşın adına isə «Zaporojes» layiq görülüb. Bu maşınlar 300-500 manatadır».

Sahibkarlığa qayğı ölkənin tərəqqisinə zəmanətdir

«Xalq qəzeti» yazır ki, azad sahibkarlığın inkişafı ölkənin inkişanagüclü stimul yaradır.

İlham Aliyev (R)
İlham Aliyev (R)

«Azərbaycanda sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyev respublikamızda özəl sektorun, kiçik və orta sahibkarlığın inkişafına həmişə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Bu qayğının nəticəsidir ki, son illər Azərbaycanın dinamik inkişafında iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olan özəl sektorun, kiçik və orta sahibkarlığın rolu artmaqda davam edir. Belə ki, son illər investisiyaların böyük əksəriyyəti özəl sektorlarda qoyulan daxili kapitaldır. Bu, həm də onu göstərir ki, Azərbaycan dövlətinin gücü artmış, özəl sektor, sahibkarlıq ölkəmizdə gedən uğurlu proseslərdən bəhrələnmişdir».

Həmçinin bax: AzadlıqRadiosunun Youtube kanalından izləyin:

XS
SM
MD
LG