-
Türkiyə-Rusiya münasibətlərində gərginlik yaranandan sonra Türkiyənin baş naziri Ahmet Davutoğlunun xarici siyasət haqda “Strateji dərinlik” kitabı Şərqi Avropa ölkələrində satış rekordu qırıb.
Bu kitab bir neçə il əvvəl türk dilindən başqa, xarici ölkələrdə yunan, serb, alban, rumın, italyan, ingilis və bugünlərdə bolqar dilində nəşr olunub.
Tarixən Osmanlı İmperiyasında yaşamış, amma dil baxımından slavyan dilləri qrupuna daxil olan bir sıra ölkələrdə kitab indi xüsusən populyardır.
A.Davutoğlu siyasətə keçməzdən əvvəl akademik siyasətlə, siyasətin nəzəri məsələlərilə məşğul olub.
Bu kitabında isə Türkiyənin strateji nəzəriyyəsi açıqlanır, ümumiyyətlə isə gələcəyi qurmaq üçün siyasi straregiyanın vacibliyi vurğulanır.
Kitabda Türkiyə-Rusiya münasibətlərindən də söz açılır.