-
Bu ilin 11 ayı ərzində Azərbaycanda 618 nəfər İİV infeksiyasına yoluxub. Həmin şəxslərin 598-i Azərbaycan vətəndaşı, 20 nəfəri isə əcnəbidir.
Ümumilikdə Azərbaycanda 4453 nəfər İİV-lə yaşayan insan qeydiyyatdadır. Xəstələrin 1229 nəfəri QİCS mərhələsindədir.
Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin məlumatında belə deyilir.
İndiyədək Azərbaycanda İİV infeksiyasından 719 nəfər ölüb. Bu infeksiyaya yoluxmaların 49 faizi inyeksion narkotik nəticəsində, 41 faizi heteroseksual, 2 faizi homoseksual yolla, 1.8 faizi isə anadan körpəyə keçməklə baş verib.
Yoluxma bir nəfərə donor qanı ilə (0.02%) keçib.