Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:29

İran səfirliyindən Nardaran bəyanatı


İran bayrağı.
İran bayrağı.

-

«İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib. Nardaran hadisələrinin baş verməsində heç bir rolu olmayıb».

İranın Azərbaycandakı səfirliyinin dekabrın 1-də yaydığı bəyanatında belə deyilir.

Bəyanatda bildirilir ki, İran həmişə dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin, ixtilafların zorakı yollarla həllinə qarşı olub: «Təbii ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq. Biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur. İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb, bu siyasəti əməldə də icra edib»

Ötən həftə Bakının Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməliyyat keçirib. Rəsmi məlumatda 4-ü mülki vətəndaş, 2-si polis olmaqla 6 nəfərin öldüyü, 15-dək şəxsin həbs edildiyi bildirilir. Dekabrın 1-də qəsəbəyə daxili qoşunlar və xüsusi texnika yeridilib.

Hələlik Nardaran hadisələrində Tehranın rolu barədə hər hansı rəsmi bəyanat səslənməyib, amma sosial şəbəkələrdə və ayrı-ayrı media orqanlarında bu qəsəbədə baş verənlərə görə İranı ittiham edənlər var.

XS
SM
MD
LG