-
DİN «Müsəlman Birliyi» Hərəkatının üzvü Elçin Qasımovun evindən silah və dini ədəbiyyat aşkarlandığını bildirir. Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir ki, Qasımovun evindən 1 ədəd «Makarov» markalı tapança, 1 ədəd «F-1» qumbarası və 100-ə yaxın dini ədəbiyyat aşkar edilərək götürülüb.
Noyabrın 6-da Elçin Qasımov barəsində 30 sutka inzibati həbs-qətimkan tədbiri seçilmişdi.
Bu həbs hərəkat üzvlərinin etirazına səbəb oldu.
Ötən həftə isə hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Atışma nəticəsində 2 polis əməkdaşı və 5 mülki şəxs həlak olub.
«Müsəlman Birliyi» Hərəkatının rəhbəri Taleh Bağırzadə da daxil olmaqla, 32 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.