Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:11

OPEC neft hasilatını artırdı, qiymət düşdü


►Hasilat 1,5 milyon barrel artırıldı

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) neft hasilatı kvotasının sutkada 31,5 milyon barrelə qədər artırılması barədə qərar qəbul edib.

Qurumun Avstriyanın paytaxtı Vyanada keçirilmiş iclasında qəbul edilən qərara görə, yeni qayda İndoneziyadakı hasilata aid deyil.

Qərar bazarlara da öz təsirini göstərib.

Xəbərdən sonra dünya bazarında "Brent" markalı neftin 1 barrelinin qiyməti 1,82% aşağı düşərək 43,4 dollar olub.

2011-ci ilin dekabr ayından bəri OPEC-in neft hasilatı kvotası sutkada 30 milyon barrel təşkil edirdi.

XS
SM
MD
LG