Keçid linkləri

2024, 28 Noyabr, Cümə axşamı, Bakı vaxtı 00:41

Xaricdə dini təhsil alanlara qadağa


arxiv foto
arxiv foto


Prezident İlham Əliyev “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Nazirlər Kabinetini “Dini etiqad azadlığı haqqında” qanunda dəyişikliklər edilməsi barədə” təkliflərini iki ay müddətində hazırlamalıdır.

Həmçinin, “Dini etiqad azadlığı haqqında” qanunun 21-ci maddəsinin yeddinci hissəsinin tələblərini pozmağa görə məsuliyyət müəyyən edən qanun layihəsini bir ay müddətində hazırlanmalıdır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinəsə “Dini etiqad azadlığı haqqında” qanununa riayət olunmasına nəzarəti gücləndirmək tapşırılıb.

Dəyişikliklərə əsasən, “İslam dininə aid ayin və mərasimlərin aparılmasını yalnız Azərbaycan Respublikasının vətəndaşları həyata keçirə bilər. Xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına islam dininə aid ayin və mərasimlərin aparılması qadağandır”.

Digər dəyişikliyə , “İbadətgahlardan kənarda, ictimai yerlərdə dini şüarların və digər dini atributların (şəxsin üstündə gəzdirdiyi dini atributlar istisna olmaqla) nümayiş etdirilməsi qadağandır. Dini bayraqlar yalnız ibadətgahların, dini mərkəz və idarələrin qapalı yerlərində yerləşdirilə bilər.”

Cinayət Məcəlləsinə əlavə olunan 168-1-ci maddədə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərinin pozulması halları ilə əlaqədar nəzərdə tutulan cəzalar əksini tapıb. Həmin maddəyə əsasən, İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan Respublikasının vətəndaşı tərəfindən aparılması iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

Həmçinin əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılmasına görə bir ildən iki ilədək müddətə azadlıqdan məhrumetmə cəzası tətbiq olunacaq.

Bundan başqa, həmin əməllər təkrar, habelə qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.

XS
SM
MD
LG