Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:25

"Bank of Azerbaijan bağlansın!" tələbi


Bank of Azerbaijan - saytı
Bank of Azerbaijan - saytı

►"Bank of Azerbaijan"ın lisenziyasının ləğvi və iflas proseduruna başlanması üçün Mərkəzi Banka müraciət olunub.

Bu barədə AzadlıqRadiosuna vəkil İradə Cavadova məlumat verərək bildirib ki, dekabrın 7-də müvafiq məktub Mərkəzi Banka göndərilib.

İradə Cavadova bankın əmanətçilərindən olan bir neçə nəfərin hüquqlarını müdafiə edir. Vəkil deyir ki, həmin şəxslərlə bank arasında olan müqavilələrin müddəti bitib. Ona görə də "Bank of Azerbaijan"a ərizə ilə müraciət edib, hüquqlarını müdafiə etdiyi müştərilərin əmanətlərini və ona hesablanmış faizləri geri istəyib. Müdafiəçinin dediyinə görə, ümumilikdə 87 min manatdan söhbət gedir.

Buna da bax: Bu uşaqları tanıdınızmı? (İnfoqrafika)

10 MİLYON MANATA YAXIN BORC

"Lakin 7 aydan çoxdur ki, bank müxtəlif bəhanələr gətirərək, vəsaiti qaytarmaqdan boyun qaçırır. Hər dəfə əmanətlərin qaytarılması üçün müraciət edəndə bank rəhbərliyi maddi sıxıntılar içində olduqlarını, onlara vaxt verilməsini xahiş edir, pulu qaytarmır. "Bank of Azerbaijan" bu addımı ilə faktiki həm müqavilə, həm də qanunvericiliyi pozur", - deyə İradə Cavadova bildirib.

Vəkil deyir ki, ona çatan məlumata görə, "Bank of Azerbaijan"ın əmanətçilərə borcu ümumilikdə 10 milyon manata yaxındır: "Əgər bank əmanətləri və ona hesablanmış faizləri geri qaytara bilmirsə, mütləq Mərkəzi Bank onun lisenziyasını ləğv etməli, iflas proseduruna başlanılması barədə məhkəməyə ərizə vermək haqda qərar qəbul etməlidir".

İradə Cavadova qeyd edib ki, dekabrın 7-də Mərkəzi Banka göndərdiyi müraciətə 5 gün ərzində cavab verilməlidir. Vəkil növbəti addım kimi, "Bank of Azerbaijan" ASC-yə verilmiş lisenziyanın ləğvi və müflis elan olunması üçün məhkəməyə müraciət etməyi planlaşdırır.

Buna da bax: Erməni müxalifət lideri seçki bülletenini cırdı

“ƏLİMİZƏ PUL GƏLDİKCƏ QAYTARIRIQ”

Hafiz Məmmədov
Hafiz Məmmədov

"Bank of Azerbaijan" ASC-dən müştərilərə borclu olduqlarını inkar etmirlər. "Əmanətləri əlimizə pul gəldikcə qaytarırıq. Elə də çox qalmayıb", - deyə bankdan "fins.az"a açıqlamada bildirilib.

Eyni zamanda, qeyd olunub ki, uzun müddətdir fəaliyyətsiz qalan bank yaxın vaxtlarda fəaliyyətini bərpa etməyə hazırlaşır: "Bankın müştərilərdən təxminən 25 milyon manat alacağı var. Bunlar problemli kreditlərdir. Amma həmin kreditlərin əksəriyyətinin girov təminatı var. Əsasən də daşınmaz əmlaklar girov qoyulub. Hazırda girovların satışını həyata keçiririk. Yəqin ki, yanvar ayının sonuna qədər "Bank of Azerbaijan" kreditləşməni və digər bank xidmətlərinin göstərilməsini bərpa edəcək".

"Bank of Azerbaijan"ın xeyli vaxtdır ki, üzləşdiyi maliyyə problemlərilə gündəmdə olan işadamı Hafiz Məmmədova məxsus olduğu bildirilir. Bankın səhmdarları işadamının iki oğlu - Kənan və Sənan Məmmədovlar, eləcə də qardaşı Mübariz Məmmədovdur.

XS
SM
MD
LG