Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:52

Sahibkarların pulundan kəsdilər


Prezident İlham Əliyev Azərsun şirkətinin Binədəki istixanasında, 2012
Prezident İlham Əliyev Azərsun şirkətinin Binədəki istixanasında, 2012

►Bündan öncəki illərdə büdcə fərmanlarında “kəməri bərkitmək”, “iştahanı azaltmaq” anlamına gələn bu cür ifadələr işlənməzdi

2016-cı ildə Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən 66 milyon manat, yəni builkindən 34 milyon manat az pul ayrılacaq.

Bu vəsait yerli iş adamlarına və şirkətlərə ucuz kreditlərin verilməsi üçün nəzərdə tululub.

Qarşıdakı il fermerlərə güzəştli şərtlərlə kənd təsərrüfatı texnikası, mineral gübrə, texnoloji avadanlıq alınıb verilməsi üçün “Aqrolizinq” ASC-yə dövlət büdcəsindən bu ilki kimi 40 milyon deyil, 32 milyon manat veriləcək.

İpoteka kreditlərinin maliyyələşdirilməsinə və fermerlərə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə kreditlərin verilməsinə əlavə vasait isə nəzərdə tutulmayıb.

Buna da bax: Azərbaycandan olan yaraqlılar azı 104 nəfərdir

Başqa sözlə, “Azərbaycan İpoteka Fondu” ASC builki qədər - 50 milyon manat, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 5 milyon manat alacaq.

Əvəzində Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirimənin təşkilinə 25 milyon manat, yəni bu il nəzərdə tutulduğundan (7 milyon 250 min manat) 3,4 dəfə çox pul ayrılacaq. Maraqlıdır ki, bu qurum dövlət mülkiyyətinin özəlləşdirməsindən əldə etdiyi vəsaitin əsas hissəsini təkrarən prosesin təşkilinə yönəldir. Quruma özəlləşdirməni sürətləndirmək haqda prezidentə 1 ay müddətində təşkliflər vermək tapşırılıb.

Dekabrın 7-də dövlət başçısı 2016-cı il üçün dövlət büdcəsini təsdiq edib. İqtisadiyyata yönəlik xərclərin bir hissəsi ixtisar edilib.

Fərmanda hökumətə, Naxçıvanın Nazirlər Kabinetinə, nazirlik və komitələrə, yerli icra hakimiyyəti orqanlarına “maliyyə intizamını gücləndirmək, israfçılığa, izafi xərclərə yol verməmək, büdcə vəsaitlərindən qənaətlə istifadə etmək” tapşırılıb.

Bündan öncəki illərdə büdcə fərmanlarında “kəməri bərkitmək”, “iştahanı azaltmaq” anlamına gələn bu cür ifadələr işlənməzdi.

XS
SM
MD
LG