Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:35

Əliyev Çinə niyə gedib?


İlham Əliyev
İlham Əliyev

-

«Azərbaycan tranzit statusunu artırmaq istəyir».

Bunu «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ölkə prezidenti İlham Əliyevin Çinə səfərini şərh edərkən söyləyib.

AzadlıqRadiosuna müsahibəsində Elxan Şahinoğlu deyir ki, İlham Əliyevin səfərinin daha çox iqtisadi xarakter daşıdığı hiss olunur: «Çin dünya ölkələrinə ən çox yük göndərən dövlətdir. İlham Əliyev ümidlidir ki, Bakı-Tbilisi-Qars dəmiryolu hazır olandan sonra Çin yüklərinin önəmli hissəsini bu marşrutla Avropa ölkələrinə daşıyacaq. Rusiya-Türkiyə gərginliyi fonunda Türkiyədən çıxan yüklərin də Azərbaycan üzərindən Mərkəzi Asiyaya, oradan da Çinə çatdırılması aktuallaşıb».

Amma ekspert onu da düşünür ki, İlham Əliyev Çin rəhbərliyi ilə görüşündə Qarabağ münaqişəsində Azərbaycanın mövqeyinə dəstək arayacaq:

«Çin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində rəsmi Bakının Pekinin dəstəyinə də ehtiyacı var. Pekin özü də ərazi bütövlüyü məsələsinə həssas yanaşır, çünki Çində də bununla bağlı problemlər var. Digər tərəfdən, Azərbaycan Çin arasında hərbi əməkdaşlıq məsələlərinin müzakirəsi də mümkündür. Çin iri silah istehsalçılarındandır. Azərbaycan Türkiyə ilə olduğu kimi Çinlə də ortaq hərbi texnika istehsal edə bilər».

Prezident İlham Əliyev Çinin rəhbəri Xi Jinping-in dəvəti ilə bu ölkəyə 3-günlük rəsmi səfərə gedib. Səfər dekabrın 11-də başa çatacaq.

Rəsmi mənbələr səfərin məqsədi ilə bağlı detallı açıqlama vermir.

Həmçinin izləyin - AzadlıqRadiosunun Youtube kanalında baxın:

XS
SM
MD
LG