Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:51

Rəşid Behbudova heykəl ucaldılacaq


Rəşid Behbudov (1915-1989)
Rəşid Behbudov (1915-1989)

-

Gələn il Bakıda xalq artisti Rəşid Behbudovun heykəli qoyulacaq.

Bu barədə R.Behbudovun 100 illik yubileyi ilə əlaqədar Fəxri Xiyabanda keçirilən anım mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib.

Nazir müavini deyib ki, heykəlin Rəşid Behbudov adına Mahnı Teatrının qarşısında qoyulması planlaşdırılır: «Amma bu tam dəqiq deyil. Heykəlin ucaldılması üçün seçilən məkanın dəyişilməsi də mümkündür».

Heykəli heykəltəraş Fuad Salayev hazırlayacaq.

Xatırladaq ki, əfsanəvi müğənni Rəşid Behbudov 1915-ci il dekabrın 14-də Tbilisinin Şeytanbazar məhəlləsində doğulub.

Onun atası şuşalı Məcid Behbudov tanınmış xanəndə idi.

Anası—şöhrətli Vəkilovlar nəslinin nümayəndəsi Firuzə xanım isə dövrünün maarifçi qadınlarından olub.

Gələcəyin adlı-sanlı müğənnisi gənclik illərini Tbilisidə və Yerevanda keçirib.

Rəşid Behbudov Bakıya 1943-cü ildə köçüb.

Onun sənət ulduzu Bakı kinostudiyasının 1945-ci il istehsalı olan «Arşın mal alan» filmində Tacir Əskər rolunda çəkiləndən sonra parlayıb.

Rəşid bəy 1989-cu il iyunun 9-da Moskva xəstəxanalarının birində vəfat edib.

XS
SM
MD
LG