►Dörd yaşlı oğlan anası və könüllülərlə birlikdə sifarişlə qaradamları düzəldir
Qar adamları bütün dünyada satılır, əldə edilən vəsaitsə qan xərçəngindən əziyyət çəkən uşağın müalicəsinə yönəldilir.
Bir Belarus xəstəxanasında müalicə alan dörd yaxşı Andrey Semilitin düzəltdiyi qaradamları minlərlə insanı mütəəssir edib.
İynə-dərman və sistem Andryuşa üçün gündəlik prosedurlardandır. Uşaq heç xəstəxanada olduğunu da bilmir. Anası deyir ki, onlar sanatoriyadadırlar.
Andreygil müalicə üçün Belarusa Ukraynadan gəldikləri üçün bu ölkədə əcnəbi sayılırlar. Bu səbəbdən həkimlərin onun xəstəliyi ilə bağlı verdikləri proqnoz müsbət olsa da, uşağın ümumi müalicəsi 30 min dollardan da baha başa gəlir.
Ailə çox kasıb olduğuna görə müalicə üçün Almaniya, yaxud Moskvanın bahalı klinikalarına yox, Belarusun Qomel şəhərinə gəlib.
Onlar qar adamlarını əvvəlcə uşağın başını qatmaq, onu əyləndirmək üçün düzəldirmişlər. Düzəldilmiş oyuncaqların şəkillərini Facebookda paylaşandan sonra Andreyin anasının bir tanışı təklif edib ki, oyuncaqları İnternetdə satışa çıxarıb birini 50 qrivnaya satsınlar.
Çox qısa zamanda oyuncaqlar barədə məlumat minlərlə insan arasında paylaşılıb. Dördcə günün içində Andryuşaya altı min oyuncaq sifariş edilib. Onların telefonları susmur: bütün dünyadan zəng və sms-lər qəbul edirlər. İngiltərə, Almaniya, Avstraliya, Amerika, Kanada kimi ölkələrdən könüllülər zəng vurur.
Belarusun hər yerində Andreyin köməkçiləri var. Könüllülər ölkənin bir çox şəhərində qar adamı düzəltməyi öyrədən master-klaslar keçirlər. Bütün ölkə balaca oğlan üçün qaradamı düzəldir.
Buna da bax: İlqar Məmmədov: «Demək məni buraxmaq fikirləri yoxdur...»
Hətta Aviasiya Akademiyasıın kursantları belə Andrey üçün qaradamları düzəldir.
“Yeni İl qabağı hamı möcüzə gözləyir. Görün nə qədər adam bizə kömək etdi! Bu əsl sehrli Yeni İl nağılıdır!”, - deyə Andreyin anası Alyona Semilit sevincini bölüşüb.
Bir qaradamının qiyməti beş dollardır. Bəzi alıcılar hətta bu məbləğdən daha çox pul ödəyib məhz Andreyin düzəltdiyi oyuncağı gözləyirlər. İnternetdə hətta 2030-cu ilə qədər gözləmə siyahısı var.
Andreyin anası düşünür ki, bu qaradamı bütün onkoloji xəstələrin rəmzinə çevriləcək:
“Qar adamının papağı var – onkoloji xəstələr də papqla gəzirlər. ...Bu dövrdə onlar da qaradamları kimi bir az soyuq olurlar. Onlar qar kimi ağ və yumşaqdırlar.”
Andrey üçün lazım olan məbləğ artıq toplanıb. Pul isə gəlməkdə davam edir. Ona görə Andreyin valideynləri bu pulu başqa onkoloji xəstə uşaqlara ötürəcəklər.