Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:45

Maşın bazarı çökür


►Banklar krediti ehtiyatla verir...

Son 3 ay ərzində Azərbaycana cəmi 3925 minik avtomobili gətirilib.

Bu, keçən ilin sentyabr-noyabr aylarında idxal olunan minik avtomobillərinin sayından 3 dəfə azdır.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, ilin əvvəlindən ölkəyə 25 147 ədəd avtonəqliyat vasitəsi gətirilib. Bunun 22 746-sı minik avtomobilidir.

Son üç ayda Azərbaycana vur-tut 4500 avtomobil gətirilib.

Ekspertlər avtomobil idxalının azalmasında əsas amilin tələbin düşməsinin olduğu fikrində deyillər. Baxmayaraq ki, onlar əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini avtomobil bazarında geriləməyə gətirib çıxaran amillər sırasından çıxarmırlar.

Buna da bax: Dollarla krediti olanlar banklara zəng edir ki...

Bank sistemində baş yerən hadisələr digər sektorlara da təsirsiz ötüşmür. Avtokreditlərin verilməsinə qoyulan məhdudiyyət, manatın dəyərsizləşməsi və s. idxalçıların əl-qolunu bağlayıb. Ekspertlər belə hesab edirlər.

Avtonəqliyyat vasitələrinin idxalı üçün aksiz dərəcələrinin bu ilin əvvəlindən artırılması, eləcə də Avro-4 ekoloji standartının tətbiqi bahalaşmaya gətirib çıxarıb. Xarici valyutada alınan avtomobillər yerli bazarda milli valyutada bahalaşdı. Bu isə idxalın azalmasında az rol oynamır.

Distribütor və dilerlərin satışı stimullaşdırmaq üçün lizinq şərtlərini təklif etməsi hələ ki ciddi irəliləyişə gətirib çıxarmayıb.​

Həmçinin baxın - AzadlıqRadiosunun Youtube kanalından izləyin

XS
SM
MD
LG