Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:25

İ.Əliyev: «Vətəndaşlar əmin ola bilər ki»


İlham Əliyev
İlham Əliyev

-

“Neftin qiyməti çox aşağı olsa da, gələn il bütün sosial proqramlar icra ediləcək. Vətəndaşlar əmin ola bilər ki, sosial sahədə ixtisar olmayacaq”

APA-nın məlumatına görə bunu Azərbaycan prezidenti İlham Əliyev dekabrın 24-də Bakıda gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılışında deyib.

İlham Əliyev bildirib ki, dövlət öz üzərinə düşən bütün vəzifələri icra edir və edəcək: “Ehtiyac içində yaşayan, ünvanlı sosial yardıma möhtac olan insanlar və onların problemləri daim diqqət mərkəzindədir. Bugünkü mərasim göstərir ki, biz düzgün yoldayıq”.

Manat ucuzlaşdı - Bütün videolara burdan bax

Prezident qeyd edib ki, bu yaxınlarda Prezidentin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şəhid ailələri və müharibə əlilləri üçün nəzərdə tutulan evin inşasına 10 milyon manat əlavə vəsait ayrılıb: “Nazirlər Kabineti də yaxın vaxtlarda azı bu qədər vəsait ayıracaq ki, bu işlər dayanmasın. Düzdür, indi iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi gəlirlərimizə təsir edib. Büdcə xərcləri, büdcə gəlirləri azalıb. Bu, təbii vəziyyətdir. Amma buna baxmayaraq 2015-ci ildə bir dənə də olsun yerinə yetirilməyən sosial layihə olmayıb”-deyə prezident vurğulayıb.

Həmçinin baxın - AzadlıqRadiosu Youtube kanalında izləyin:

XS
SM
MD
LG