Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 17:48

Fransanın keçmiş daxili işlər naziri dilənçidən yazıçı düzəltdi


-

27 ildir ki, Paris küçələrində dilənən evsiz-eşiksiz kişinin xatirələr kitabı Fransada ilin bestselleri oldu. O, bu kitabı Fransanın keçmiş daxili işlər nazirinin köməyilə yazıb.

47 yaşlı dilənçi Jean-Marie Roughol Fransanın keçmiş daxili işlər naziri Jean-Louis Debré ilə belə tanış olub:

O, Parisin məşhur küçələrində oturub dilənirmiş, nazir ondan xahiş edib ki, dükanda alış-veriş etdiyi vaxt velosipedindən göz-quılaq olsun. Bu vaxt küçədən keçən bir qız yanındakı oğlana deyib: “Ora bax! Debre dilənçiylə danışır!”

Kitab da elə bu xatirə ilə başlayır.

Dilənçi 27 il ərzində Paris küçələrində başına gələnləri qələmə alıb: Filan məşhur aktyor mənə 10 avro verdi, filan şoumen mənə həmişə pul verərdi. Beləcə, o, yaxşı günlərdə orta hesabla 80 avro pul qazanırmış.

Roughol bu kitabı park skamyalarında yazıb. Kitabın gəlirindən özünə smartfon alıb, indi Facebook-da oxucularıyla bu smartfon vasitəsilə əlaqə saxlayır.

“Hər gün kitabımı oxumuş adamlar küçədə mənə yaxınlaşırlar. Keçən həftə kitabımın bir oxucusu məni restorana apardı, başqa bir oxucu İsveçrədən mənə şokolad gətirmişdi.”

Dilənçi-yazıçı jurnalistlərə deyir ki, onun yazısında, xəttində çoxlu səhvlər var, məktəbdən tez çıxıb, yaxşı təhsil ala bilməyib, odur ki, Fransanın keçmiş daxili işlər naziri, indiki Konstitusiya Məclisinin sədri onun yazısını korrektə və redaktə edib.“

Kitabın üz qabığında da onların adları yanaşı yazılıb.

İndi bu yazıçının istəyi kitabının gəlirilə ev və kompüter almaq, kitab yazmağa davam etməkdir.

XS
SM
MD
LG