-
Ermənistan Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin təhqiqatına görə, atəşkəsin pozulması səbəbindən 2015-ci ildə 41 erməni hərbçisi həyatını itirib.
AzadlıqRadiosunun Ermənistan xidməti xəbər verir ki, Assambleya bu itkilərin əvvəlki illərlə müqayisəyə gəlmədiyini bildirir.
Assambleyanın təqdim etdiyi rəqəmlərə görə, 2011-cu ildə itkilərin sayı 11, 2012-ci ildə 12, 2013-cü ildə 5, 2014-cü ildə 26 olub.
Nə Ermənistan, nə də Azərbaycan müdafiə nazirlikləri atəşkəsin pozulması nəticəsində hər il nə qədər hərbçi itirdiklərini rəsmən açıqlamırlar.
Həmçinin bax: Qarabağda erməni vertolyotunun vurulması (Video)