Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:11

Ekspert dolların qara bazarını zorla bağlamağın mümkün olmadığını deyir


Arxiv fotosu
Arxiv fotosu

.

Mərkəzi Bank yanvarın 5-ə qədər 1 ABŞ dollarının məzənnəsini 1,5610 manat müəyyənləşdirib. Azərbaycanda 5 gün bayramdır, rəsmi iş günü deyil.

Dekabrın 26-27-də - şənbə və bazar günlərində valyutadəyişmə məntəqlərində dollar qıtlıqğı yarandığından “qara bazar”da 1 ABŞ dolları 2 manata qalxmışdı. İndi çoxlarını bu sual düşündürür - 5 günlük qeyri-iş günündə manat üçün növbəti təhlükə gözlənilmir ki? Suallarımızı iqtisadçı Məhəmməd Talıblı cavablandırır.

Məhəmməd Talıblı
Məhəmməd Talıblı

- Mərkəzi Bankın məzənnəni bu həddə saxlaması ilə bağlı qərarı, eyni zamanda ölkədəki valyutadəyişmə məntəqələrində fəaliyyətin dayandırılması, komersiya banklarında dollarla satış əməliyyatlarının dayandırılması, hətta dollarla alışın limitlərlə verilməsi, bütün bunlar onu göstərir ki, sanki dolların alışı inzibati yollarla məhdudlaşdırılır.

Bazar iqtisadiyyatı fəlsəfində inzibati yolla, inzibati təzyiqlə bazarın tənzimlənməsi ən pis metoddur. Bütün bunlar onu deməyə əsas verir ki, bizdə dollar tələbi artır. Dollar tələbinin təmin olunması üçün Mərkəzi Bankın rezervləri buna imkan vermir. Nəticədə həm dolların psixoloji həddi, əhali arasında dollara tələbi stimullaşdırılması həyata keçirilir.

Başqa tərəfdən ölkənin valyuta bazarına dollarla daxilolma kanalları daralır. Bayram günləri yalnız rəsmi dövlət qurumları üçündür. Valyutadəyişmə məntəqlərində, özəl sektorda bu istirahət günləri hesab olunmur. Özəl sektora da hər zaman dollar lazım olur. Ona görə də dollar tələbinin inzibati yolla məhdudlaşıdırlması əslində özəl sektorun təşəbbüslərinin məhdudlaşıdırlması deməkdir. Ona görə də bu, bayram günlərindən sonra daha artıq dollar təzyiqi formalaşdıracaq ki, bu da əlavə olaraq Mərkəzi Bankın bazar üçün hər hansı bir önləyici tədbirlər həyata keçirilməsini zəruri edir.

- Banklara hər alıcıya 1000 dollardan artıq satılmaması limiti qoyulub. Bu özü indi hökumətin mübarizə apardığı “qara bazar”a şərait yartmır ki?

Alqı-satqı əməliyyatları sivil şərtlər daxilində baş verməlidir. Vətəndaşlar istədiyi qədər dollar almalıdır. Mərkəzi Bank bütün bu prosesləri tənzimləyə bilməsə, əks halda əlbəttə, “qara bazar”ın meydan çıxması ehtiyacı yaranır.

- Keçən həftə ayrı-ayrı günlərdə polis “qara bazar”da alver edən 8 nəfəri saxladı. Bu “qara bazar”la mübarizə üçün çıxış yoldudurmu?

- “Qara bazar”da kimlərisə saxlamaq çıxış yolu deyil. Əgər adamlar dollar alqı-satqısı üçün valyutadəyişmə məntəqələrini seçirsə, “qara bazar” özü avtomatik ləğv olunur. “Qara bazar”ın yaranması valyutadəyişmə məntəqələrində o məkanın itirlməsinə görə baş verir. Problemin həlli üçün onu yaradan səbəblər aradan qaldırılmalıdır. Yəni, dollar artırılır, dollar alıcılığı həyata keçirilir, heç olmasa bu, qismən həyata keçirilir və qara bazara ehtiyac qalmır.

Dollar kütləsinin bazarda alqı-satqısının məhdudlaşıdırlması idxal-ixrac əməliyyatlarının əhəmiyyətli şəkildə aradan qaldırırlması, bu əməliyyatlara zərbə vurulması deməkdir. Dinamik cəmiyyətdə iqtisadi işgüzar aktivliyin aşağı salınması hesabına belə bir inzibati stabilli təmin etmık mümkün deyil. Ona görə də “qara bazar”da bu yolla mübarizə deyil, bankların daxilində valyutadəyişmələrin həyata keçirilməsini təşkil etmık lazımdır. Əks halda bu prosesin perspektivini görmürəm.

Dekabrın 29-da valyutadəyişmə məntəqələri bir gün işləmədi. Ümumiyyətlə, valyutadəyişmə məntrələrinin bağlanacağı, valyuta satışını ancaq bankların həyata keçirəcəyi bildirildi.

Bayramdan əvvəl banklardakı valyutadəyişmə məntəqlərinə yaxınlaşan hər bir vətəndaşa dollar yoxdur deyirdilər. Bu, onu göstərir ki, ümumiyyətlə, dollarla əməliyyat aparılması məhdudlaşdırılıb. Bunun məkanın, yerin dəyişməsinin heç bir anlamı yoxdur. Söhbət bazarda dolların yoxluğundan gedir. Ona görə də daha çox Mərkəzi Bank kommersiya banklarının dollarla təmin olunmasını həyata keçirməlidir. Valyutadəyişmə məntəqlərini bağlamaqla bunu etmək olmaz. Dollar tələbinin təmin olunması üçün dollar təklifini artırmaq lazmıdır.

- 2015- ci il ilin əvvəli və sonu iki devalvasiya ilə yadda qaldı. Əhali bu ildə manatın kəskin ucuzlaşacağından narahatdır. Üçüncü devalvasiya gözləniləndirmi?

- İndiki vəziyyət davam eləsə, heç bir tədbir görülməsə, dolların ağlagəlməz səviyyədə qalxması mümkündür. Bütün bunlar Mərkəzi Bankın, hökumətin davranışlarından asılıdır. Üçüncü devalvasiya istisna olunmur. Bunun olması valyuta bazarında istehlakçı davranışından və hökumətin pul kredit siyasətini necə aparmasından asılıdır.

XS
SM
MD
LG