-
Azərbaycan Silahlı Qüvvələrinin 42 nəfərdən ibarət qrupu plana uyğun rotasiya qaydasında Əfqanıstana yola salınıb.
Bu haqda Müdafiə Nazirliyinin məlumatında deyilir.
Qrup NATO-nun Əfqanıstanda həyata keçirdiyi «Qətiyyətli Dəstək» qeyri-döyüş missiyasının tərkibində fəaliyyət göstərir.
Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.
Hazırda Azərbaycan Silahlı Qüvvələrinin 94 hərbi qulluqçusu, 2 hərbi həkimi və 2 mühəndis-istehkam ixtisası üzrə zabiti Əfqanıstandakı missiyada iştirak edir.