Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:43

ƏDV tapşırıqla ləğv edilə bilər?


Buğda
Buğda

-

İqtisadiyyat və Sənaye Nazirliyinin yaydığı məlumata görə: «Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı yanvarın 15-dən etibarən əlavə dəyər vergisindən (ƏDV) azad olunub».

İqtisadçı ekspert Toğrul Qalibin fikrincə, məsələnin iqtisadi tərəfi bir yana, amma həmin qərarın hüquqi əsası yoxdur. Onun sözlərinə görə, əvvəllər belə hallar tez-tez olur və unun qiyməti qalxınca bu addım atılırdı: «Ancaq hər şey qanunvericilik çərçivəsində olurdu».

«VERGİDƏN AZADOLMALAR NAZİRLƏR KABİNETİNİN SƏLAHİYYƏTİNDƏ OLUB»

Ekspert xatırladır ki, ötən ilin sonunadək öncəlik verilən sahələr üzrə idxal zamanı ƏDV-dən azadolmalar Nazirlər Kabinetinin səlahiyyətində olub: «Ancaq Vergi Məcəlləsinə son dəyişikliklərdən sonra sənədin 164.2-ci maddəsi ləğv edilib. Həmin maddədə yazılırdı: «Müvafiq icra hakimiyyəti orqanı konkret sahənin inkişafını təmin etməklə konkret dövr üçün nəzərdə tutulan, istehsal ehtiyaclarını yerli xammal hesabına ödəmək mümkün olmadıqda, istehsal təyinatlı xammal və müasir texnologiyanı təmin edən avadanlıqların idxalını ƏDV-dən azad edə bilər». Burada müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Nazirlər Kabineti icra edirdi».

«DƏYİŞİKLİK ÖNCƏ MİLLİ MƏCLİSDƏ MÜZAKİRƏ OLUNMALI, SONRA...»

Qalib Toğrul bu ilyanvarın 1-dən ƏDV-dən azadolmaların Vergi Məcəlləsi ilə tənzimləndiyinə diqqət çəkir: «Vergi Məcəlləsinin 164-cü maddəsinə ƏDV-dən azadolmaya dair dəyişiklik üçün o dəyişiklik mütləq Milli Məclisdə müzakirə olunmalı, sonra prezident təsdiq etməlidir».

XS
SM
MD
LG