-
Azərbaycanda 29 minə yaxın qeydiyyatda olan narkotik vasitə istifadəçisi var. Onların 11 mini Bakıda qeydiyyatdadır.
Bu, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 2015-ci il üçün Dövlət komissiyasına təqdim etdiyi hesabatda öz əksini tapıb.
APA xəbər verir ki, keçən il respublikanın polis orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrlə bağlı 3 minə yaxın fakt aşkarlanıb. Bunlardan 786-sı (26.7 faiz) narkotik vasitələrin qanunsuz satışı, 1940-ı (66 faiz) satış məqsədi olmayan narkotik vasitələrin qanunsuz olaraq əldə edilib saxlanılması, 193-ü (6.5 faizi) narkotik xassəli bitkilərin qanunsuz olaraq kultivasiya edilməsi, 16-sı (0.5 faiz) sair cinayətlərlə bağlı olub.