Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:34

Yumurta onların başında çatladı - Həbslər


İllüstrasiya
İllüstrasiya

►2 nəfər həbs edildi, 1 nəfərsə polis nəzarəti altına verildi

Baş Prokurorluq yumurta satışı sahəsində süni qiymət artımına yol vermələri ittihamı ilə bəzi quşçuluq fabriklərinin vəzifəli şəxslərini saxlayıb.

Baş prokuroluğun saytında qeyd edilib ki, “Giləzi Quşçuluq” MMC-nin satış üzrə direktoru Elçin Əliyev 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 60 qəpiyə qaldıraraq satıb. “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin satış üzrə meneceri Amid Babaşov isə 1 qutu (360 ədəd) yumurtanın qiymətini 41 manatdan 56 manat 50 qəpiyə qaldıraraq reallaşdırıb.

Prokurorluq bu hərəkətləri fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır zərbə kimi dəyərləndirir.

Məlumatda deyilir ki, şübhəyə əsas olduğundan, “Giləzi Quşçuluq” MMC-nin direktoru Elvin Eminov, cəmiyyətin satış üzrə direktoru Elçin Əliyev və “Hacıqabul Quşçuluq Şirkəti” MMC-nin satış üzrə meneceri Amid Babaşov Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddələri ilə təqsirləndirilən şəxs qismində cinayətə cəlb edilib.

E.Əliyev və A.Babaşov barəsində məhkəmənin qərarı ilə həbs, E.Eminov barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG