Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

Elman Rüstəmov: «1-2 bank çox zəiflik göstərdi»


Elman Rüstəmov
Elman Rüstəmov

-

«Azərbaycanda bank sektoru sabitdir».

APA-nın məlumatına görə, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elmar Rüstəmov yanvarın 19-da Milli Məclisdə komitələrin birgə iclasında belə deyib.

«Bu ağır iqtisadi şəraitdə 1-2 bank çox zəiflik nümayişlik etdirib. Onların ödəmə qabiliyyətində problem oldu. Amma bank sektorunda vəziyyət bütövlükdə sabitdir. Bu gün bank sektorunda kifayət qədər likvidlik var. Azərbaycanın bank sektorunda kapitalın adekvatlıq səviyyəsi 14%-dir. Düzdür, problemlər var, hər şeyi çəhrayı rəngdə təqdim etmək fikrində deyilik» - baş bankir bildirib.

BİR NEÇƏ BANK BİRLƏŞƏCƏK

Elman Rüstəmov qeyd edib ki, zəif banklar birləşməlidir. «Bu, bankların kredit cəlb etməsinə köməklik göstərəcək. Mərkəzi Banka bununla bağlı müraciət daxil olub. Söhbət 5-7 bankın konsolidasiyasından gedir», - E.Rüstəmov bildirib.

XS
SM
MD
LG