Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 05:19

İki alim Nigar Xiyavinin bəyanatına cavab yazıb


Nigar Xiyavi
Nigar Xiyavi

-

İranlı yazar Nigar Xiyavi 14 il əvvəl tərcümə etdiyi mətnləri Azərbaycanda iki elm adamının öz adlarına çıxmasına etiraz edəndən sonra bəyanatda adı çəkilən şəxslər məsələyə reaksiya veriblər.

Pərvanə Məmmədli Nigar Xiyaviyə müraciətlə OxuZalına yazıb:

Pərvanə Məmmədli
Pərvanə Məmmədli

"Nigar xanım, "Sonsuz səfər" kitabında Q.Saidinin hekayələri verilib. Sizin də qeyd etdiyiniz kimi, mən kitabdakıları tərcümə etməmişəm. Yalnız tərtib və Azərbaycan türkcəsinə uyğunlaşdırmışam. Yəni çevirməmişəm.

Ərəb əlifbasından latına çevirən zaman Güneydə işlənən, lakin Quzeydə çətin anlaşılan sözlərin izahını vermişəm. Elə ərəb-fars tərkibli sözlər, cümlələr, eləcə Güney dialektində işlənən ifadələr, deyimlər olub ki, bu taydakı oxucu anlasın deyə onları sadələşdirməyə çalışmışam.

Ön sözdə isə tərcüməçi kimi sizin və H.Vahidinin adı keçib. Sizin tərcüməçi kimi haqqınız qorunub. Mənim amacım sadəcə bu böyük yazıçını bu tayda tanıtdırmaq olub. Sizin mənimlə bağlı iradınızı başa düşmədim."

Hüseyn Şərqidərəcək Soytürkün cavabı isə belədir:

"Dəyərli yazarımız Nigar Xiyavi xanıma dərin sayqı və hörmətlə bildirmək istəyirəm ki, mənim tərcümə və tərtib etiyim kitabda onun adının olmaması birinci növbədə mənim özümü dərindən narahat etdi.

Texniki sorun olaraq bu kitabda çoxlu ciddi imla səhvləri vardır. O da ən sonda kitabın yaxşı oxunub düzəliş aparılmamasından irəli gəlmişdir.

Bu üzdən mən şəxsən Nigar xanımdan üzr diləyirəm. İkinci nəşrində bu səhvlər aradan qaldırılacaq. Bu, mənim səhvimdir."

XS
SM
MD
LG