Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 20:46

Vəkil: “Natiq Kərimov özünü qismən təqsirli sayır”


Natiq Kərimov
Natiq Kərimov

►“Bu da nəzərə alındı”

Yanvarın 6-da həbs olunan Nardaran kənd Ağsaqqallar Şurasının sədri Natiq Kərimov 13 günlük həbsdən sonra azadlıqdadır.

Məhkəmə qərarı ilə ev dustaqlığına buraxılıb. Bu, Azərbaycan təcrübəsində az-az rastlanan hallardandır. Üstəlik, o, “dövlətə xəyanət”də ittiham olunur. Məhkəmənin belə qərar verməsinə səbəb nədir?

Natiq Kərimovun özü ilə hələlik danışa bilməsək də, vəkili Əyyub Ələkbərov AzadlıqRadiosunun bir neçə sualını cavablandırıb:

– Onun barəsində açılmış cinayət işi öz qüvvəsində qalır. Sadəcə, haqqında seçilmış həbs- qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.

– Bu qərar nə qədər gözlənilən idi? Natiq Kərimov özü şəxsən harasa, kiməsə müraciət etmişdimi?

– Yox, yox. Heç hara müraciət etməmişdik. Mən vəsatət verdim, məhkəmə də onu təmin etdi.

– Səhhətində problem var idi?

– Heç bir problem yox idi səhhətində. Heç bir! Necə gəlmişdi, elə də çıxdı.

– Hüquq-mühafizə orqanlarından virtualaz-a bildiriblər ki, Natiq Kərimov İlham Əliyevin göstərişi ilə azad olunub. Dövlət başçısı onun yaşını və səhhətini nəzərə alaraq həbs- qətimkan tədbirinin dəyişdirilərək istintaqın həbssiz aparılmasını tövsiyə edib.

– Mən elə şey eşitməmişəm vallah. Özü də onun səhhəti nəzarətdə deyildi. Xeyr! Hamı kimi. Həkimə ehtiyacı olsaydı, çağrıla bilərdi. Amma ona həkim çağrılmayıb. Sadəcə, vaxtaşırı həkim hamı kimi onu da müayinə edib.

– Natiq Kərimov dövlətə xəyanətdə ittiham olunur və bu, ağır maddədir. Bu halda onun ev dustaqlığına buraxılması nə qədər gözlənilən idi?

– Ağır maddədir, bəli. Amma ev dustaqlığına buraxılması da mümkündür. Yaşı, səhhəti nəzərə alınıb.

Buna da bax: “Hökumət maaşları, pensiyaları verməkdə çətinlik çəkə bilər”

– Səhhətində problem olmadığını demişdiniz amma.

– İki çəliklə gəzir. Bu amil nəzərə alınıb. Həm də... Bu qədər.

– Niyə fikrinizi sona çatdırmadınız?

– Həm də ki, bu etdiyini... Mən demirəm ki, casusluq edib, o yan-bu yan. Amma bu adam nə hərəkət edibsə, səmimi etiraf edib. Qismən özünü təqsirli bilir. Bu da nəzərə alındı.

– Qismən?

– Bəli.

– Nədə özünü təqsirli bilir?

– İstintaq sirridir, mən onu açıqlaya bilmərəm.

– Son illər bir sıra hallarda dövlətə xəyanət maddəsi başqa maddəylə əvəzlənir və ya ümumi işdən ayrılır. Xüsusən də siyasi-ictimai fəallarla bağlı belə təcrübə var. Natiq Kərimovun işində bu, mümkündürmü?

– Hər şey gözləmək olar, hər şey. İstintaq gedir hələlik.

– Mətbuat yazırdı ki, Natiq Kərimovun sərbəst buraxılmasını daxili işlər naziri Ramil Usubovla görüşdə qəsəbə sakinləri də tələb ediblər.

– Ondan xəbərim yoxdur. Sadəcə, vəkil kimi mənim ixtiyarım vardı vəsatət qaldırmağa. Mən də öz təşəbbüsümlə onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət qaldırdım. Məhkəmə də, sağ olsun, təmin etdi, prokuror da mənim təklifimi müdafiə etdi.

Nardaran əməliyyatı haqda nə düşünürsüz? (SORĞU)
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00

XS
SM
MD
LG