-
Yanvarın 21-də Bakının Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən «Anadolu» restoranında yanğın olub.
Ümumi sahəsi 220 kv.m olan mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü yanıb. Restoran yanğından mühafizə olunub.
Yanğın saat 03:19-da söndürülüb.
Xəbəri Fövqəladə Hallar Nazirliyinin saytı yayıb.