Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 03:58

Mir Şahinin verilişi prezidentin müdaxiləsi ilə açılıb


Mirşahin
Mirşahin

-

«İsveçrədə işgüzar səfərdə olmasına baxmayaraq, prezident İlham Əliyev vəziyyəti dəqiqləşdirdikdən sonra ANS TV-nin «Hesabat» proqramının yayımı ilə bağlı qoyulan qadağaların ləğvi barədə göstəriş verib».

Bunu ANS Şirkətlər Qrupunun rəhbəri Vahid Mustafayev ANSPress-ə bildirib.

O, «Hesabat»ın yayımının bir ay müddətində dayandırılmasını «əsassız, qərəzli və qanundankənar qərar» adlandırıb.

«Dövlət başçısı həmişə olduğu kimi, Azərbaycanda demokratiyanın, söz azadlığının, müstəqil mətbuatın və eyni zamanda sahibkarların yanında olduğunu bir daha nümayiş etdirdi. Bununla da Azərbaycan prezidenti növbəti dəfə vətəndaşlarının konstitusion hüquq və azadlıqlarının qarantı olduğunu isbat etdi», - Vahid Mustafayev deyib.

NUŞİRƏVAN MƏHƏRRƏMLİ GERİ ÇƏKİLDİ: «HESABAT» BAĞLANMADI

Milli Teleradio Şurası (MTRŞ) ANS telekanalında «Hesabat» verilişinin yayımına qoyduğu qadağanı müvəqqəti dayandırıb.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli yanvarın 23-də keçirdiyi mətbuat konfransında belə deyib:

«Kanal rəhbərliyinin səmimi etirafını nəzərə aldıq və «Hesabat» verilişinin yayımının bərpa olunması haqda qərar qəbul etdik».

N.Məhərrəmli qeyd edib ki, qadağanın ləğvi müvəqqəti xarakter daşıyır və ANS-in vitse-prezidenti Mir Şahin Ağayevin infarkt keçirərək xəstəxanaya yerləşdirilməsi ilə əlaqədardır. /«Turan»/

TELERADİO ŞURASI MİR ŞAHİNİN PROQRAMINI QAPATDI

Milli Televiziya və Radio Şurası Mirşahinin ANS telekanalındakı “Hesabat” proqramının yayımını bir aylığına dayandırıb.

Bu qərar Şuranın yanvarın 22-də keçirilən iclasında qəbul olunub. Qərar qurumun saytında yayımlanıb.

MTRŞ qərarını “Hesabat” proqramının buraxılışlarında televiziya yayımının əsas prinsiplərinin və proqramlara verilən tələblərin pozulması ilə izah edib.

Şura hesab edir ki, həmin proqramlarda informasiyanın tərəfsizliyi, qərəzsizliyi, əhatəliliyi, tam və doğru-dürüstlüyü prinsiplərinə əməl edilməyib, işgüzar nüfuzun ləkələnməsinə yol verilib.

MTRŞ-nin qərarına görə, “Hesabat” proqramının yayımı 24 yanvar 2016-cı il tarixdən etibarən bir ay müddətinə dayandırılıb.

Şura bundan öncə ANS-də Xoşqədəm Hidayətqızının iki proqramının və digər verilişlərin də dayandırılmasına qərar verib.

İki qurum arasında məhkəmə davası gedir.

XS
SM
MD
LG